SON XƏBƏRLƏR

İsrail ordusu Livanı da vurdu

2021.10.20, 07:36
İsrail ordusu Livanı da vurdu

Gunaz.tv
İsrail ordusu Livanı da vurdu 11:12 08-01-2009 Yaxın Şərqdə ikinci cəbhə açılır İsrail ordusu ikinci cəbhə açaraq Livana da zərbə endirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İsrail bir neçə saat əvvəl Naqariya şəhərinə Livan ərazisindən raket atılmasına cavab verib. İsrail ordusu raket atəşi açılan əraziləri vurub. Agentliklər İsrailin “Hizbullah” mövqelərinə ən azı 5 dəfə atəş açdığını bildirirlər. Bu zaman hansı döyüş sursatından istifadə olunduğu barədə xəbər verilmir. Xatırladaq ki, bundan bir neçə saat əvvəl Livan ərazisindən İsrail istiqamətində 4 raket atılıb. Onlar Naqariya şəhərinə düşərək bir neçə nəfəri yaralayıb. “Haaretz” qəzeti Livan mənbələrinə istinadən bildirir ki, İsraili “Hizbullah” deyil, Livandakı fələstinlilər raket atəşinə tutublar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar