SON XƏBƏRLƏR

Güləş üzrə Bakı birinciliyində rekord qeydə alındı

2021.10.20, 07:36
Güləş üzrə Bakı birinciliyində rekord qeydə alındı

Gunaz.tv
Güləş üzrə Bakı birinciliyində rekord qeydə alındı 19:17 08-01-2009 Bu gün “ABU-Arena” İdman Kompleksində yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan birinciliyinin startı verilib. Lent.az-ın məlumatına görə, yeniyetmə (1993-1994-cü il təvəllüdlülər) və gənclər (1991-1992-ci il təvəllüdlülər) arasında keçirilən yarışın ilk iki günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. “Klassik” güləşçilərin mübarizəsinə rekord sayda – 269 idmançı qatılıb. 10-11 yanvarda isə sərbəst güləşçilərin birinciliyi keçiriləcək. Çempionat Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov güləşi ölkəmizdə çox sevilən idman növü kimi dəyərləndirib. O, yunan-Roma və sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionatlarının olduğunu söyləyib. R.Abbasov bildirib ki, müstəqillik illərində ölkəmiz yalnız güləş növündə bütün Yay Olimpiya Oyunlarında medallar qazanıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev son zamanlar güləş növünə göstərilən diqqətin xeyli artdığını vurğulayıb. O, hazırkı yeniyetmə və gənc güləşçilərimiz arasından 2012-ci il London Yay Olimpiya Oyunlarında medal qazanacaq idmançıların yetişəcəyinə ümidvar olduğunu bildirib. AGF-nin baş katibi Cavid Qurbanov yarış iştirakçılarını qurumun prezidenti, vergilər naziri Fazil Məmmədovun adından salamlayıb. İldən-ilə güləşə diqqətin artdığını deyən C.Qurbanov bütün regionlarda yüksək səviyyəli yarışların keçirildiyini, güləş zallarının təmir olunaraq, müasir avadanlıqlarla təchiz olunduğunu bildirib. Federasiya rəsmisi bundan sonra da bütün yarışların yüksək səviyyədə keçiriləcəyini açıqlayıb. Sonra yarış açıq elan olunub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar