SON XƏBƏRLƏR

Nabucco” çoxsaylı problemi olan mürəkkəb layihədir

2021.10.20, 07:36
Nabucco” çoxsaylı problemi olan mürəkkəb layihədir

Gunaz.tv
Nabucco” çoxsaylı problemi olan mürəkkəb layihədir 19:33 08-01-2009 Natiq Əliyev: “Bu problemlər siyasi, iqtisadi, kommersiya, maliyyə, texniki və texnoloji faktorlar mütləq nəzərə alınmaqla həll edilməlidir” “Azərbaycan “Şahdəniz” yatağının birinci mərhələsi ilə yalnız Gürcüstan və Türkiyəni qazla təchiz edir. Bununla yanaşı, hazırda Yunanıstana da qaz verməyə Azərbaycanın imkanı var”. Lent.az-ın məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyev “Amerikanın səsi” radiosuna müsahibəsində belə deyib. Nazir bildirib ki, “Şahdəniz” yatağının ikinci mərhələsinin istismarı Azərbaycana əlavə 14 milyard kubmetr qaz hasil etməyə imkan verəcək. Bunun 3 milyard kub metri Azərbaycanın öz tələbatına sərf ediləcək, 11 milyard kub metri isə ixrac ediləcək. Bu mənbə Türkiyə və Yunanıstanın tam tələbatını ödəməyə imkan verəcək. “Hazırda bununla bağlı Azərbaycana verilmiş təkliflər üzərində işləyirik. Türkiyə ilə hökumətlərarası Saziş üzərində də iş gedir. Bu Saziş tranzit və onun şərlərini əhatə edəcək. Eyni zamanda, Yunanıstanla da danışıqlar davam edir” - deyə, Natiq Əliyev qeyd edib. Nazir bildirib ki, Yunanıstan birinci mərhələdə təxminən 1 milyard, sonra isə 3 milyard kubmetr qaz almağa hazırdır. Bu danışıqların nəticə verməsi isə “Şahdəniz” yatağının ikinci mərhələsinin işə düşməsindən asılıdır. Natiq Əliyev Avropanın qazla təmin etməli olan “Nabucco” layihəsinin reallaşması məsələsinə də münasibət bildirib. O, “Nabucco”nu çox mürəkkəb çoxsaylı problemləri olan layihə kimi xarakterizə edib. Nazirin fikrincə, bu problemlər siyasi, iqtisadi, kommersiya, maliyyə, texniki və texnoloji faktorlar mütləq nəzərə alınmaqla həll edilməlidir. “Bu layihə əvvəlcə qazın mənbəyini Yaxın Şərqdə nəzərdə tuturdu. Baş verən hadisələr bunu mümkünsüz etdi. Məhz bu səbəbdən Xəzər qazının mənbə olması gündəliyə gətirildi. Ancaq yalnız Azərbaycanın imkanları “Nabucco”nun reallaşmasına səbəb ola bilməz. Bunun üçün mütləq Orta Asiya, o cümlədən Qazaxıstan və Türkmənistan qazı lazımdır. Bu isə yeni problemlər ortaya çıxarır” – deyə, Natiq Əliyev bildirib. Nazir onu da vurğulayıb ki, hazırda dünyada baş verən qlobal iqtisadi böhran bu layihəni daha da çətinləşdirib. Elxan SALAHOV LENT.AZ Xəbərin oxunma sayı: 34

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar