SON XƏBƏRLƏR

Avropa ölkələri Rusiya ilə müqavilə üçün növbəyə düzülüb”

2021.10.20, 07:36
Avropa ölkələri Rusiya ilə müqavilə üçün növbəyə düzülüb”

Gunaz.tv
Avropa ölkələri Rusiya ilə müqavilə üçün növbəyə düzülüb” 19:58 08-01-2009 Türkiyəli ekspert Avropa Birliyini vaxtında “Nabucco”nu dəstəkləməməkdə qınayıb “Türkiyən qış aylarında qaza olan ehtiyacını ödəmək üçün alternativ vasitələr axtarışına başlayıb. Alternativ variantlardan biri Azərbaycan qazıdır. Ankara Bakıdan əlavə olaraq, “Şahdəniz” qazının nəqlinin artırılmasını istəyəcək”. Ankaradakı “Türksam” Siyasi Araşdırmalar Mərkəzinin başçısı Sinan Oğan “Amerikanın səsi” radiosuna açıqlamasında belə deyib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı qaz savaşı Avropanın mavi yanacaq konsepsiyasının düzgün olmadığını ortaya qoyub. “Avropa Birliyi vaxtında “Nabucco”nu dəstəkləsəydi, indi Rusiyadan bu qədər asılı olmazdı. Avropa Birliyi sözdə “Nabucco”nu dəstəkləyir, amma ayrı-ayrı Avropa ölkələri Rusiya ilə yeni anlaşmalar imzalamaq üçün növbəyə düzülürlər” – deyə, Sinan Oğan bildirib. Türkiyəli ekspert bildirib ki, Avropa Birliyi vaxt itirmədən özünün enerji təhlükəsizliyini yenidən müzakirəyə çıxarmalıdır. Əks halda, vəziyyət daha da pisləşəcək. Elxan SALAHOV LENT.AZ Xəbərin oxunma sayı: 95

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar