SON XƏBƏRLƏR

İranlı müğənni Dariuş Eghbali: “Azərbaycanı da öz vətənim sayıram”

2021.10.20, 07:36
İranlı müğənni Dariuş Eghbali: “Azərbaycanı da öz vətənim sayıram”

Gunaz.tv
İranlı müğənni Dariuş Eghbali: “Azərbaycanı da öz vətənim sayıram” [ 07 Yanvar 2009 17:50 ] Bakı. Ülkər Qasımova-APA. “30 ildir ki, Vətənimdən ayrılmışam və İrana gedə bilmirəm. Bakını çox sevirəm və dünən bura ayaq basan kimi bu sevgimin əsil səbəbini anladım. Mən Azərbaycanı da Vətənim hesab edirəm və burada olanda özümü Vətənimə daha yaxın hiss edirəm”. APA-nın məlumatına görə, bu sözləri yanvarın 6-da Bakıya gələn Amerikada yaşayan iranlı müğənni Dariuş Eghbali bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, martın 23-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Müğənni Bakıda konsert verməyi şəxsən özü istədiyini deyib: “Bakıda konsert vermək həmişə arzum olub. Bu arzum isə 57 yaşında reallaşacaq. Konsertin bir hissəsində Azərbaycan mahnılarını ifa edəcəyəm. Rəşid Behbudovun mahnılarını çox sevirəm”. D.Eghbali Bakıdakı konserti üçün qonorar tələb etmədiyini də deyib. İki övlad sahibi olduğunu bildirən müğənni, ailəsinin Amerikada yaşadığını qeyd edib. Cənubi Azərbaycandan olan sənətçi müğənni Ququşla da dost olduğunu vurğulayıb. O Ququşun sənətini çox yüksək qiymətləndirdiyini və onunla birgə bir neçə layihələr həyata keçirdiyini deyib. Yerli media mənsublarının “Biz eşitdiyimizə görə, siz Ququş xanımla eşq yaşamısınız” sualının cavabında isə Dariuş bu xəbəri təkzib edib: “Allah Ququş xanımın canını sağ eləsin və ona daima uğurlar arzulayıram. Amerikaya qayıtdıqdan sonra Ququşla danışacağam və buradakı təəssüratları ona deyəcəyəm. Qoy o da Bakıya gəlsin və burada konsert versin”. Tədbirdə çıxış edən konsertin təşkilatçısı Nahid Emiloğlu isə yaxın vaxtlarda bu konsertlə bağlı piar aksiyasına başlanacağını dilə gətirib. Təşkilatçı Ququşun Bakıya gətirilməsi məsələsinə də münasibət bildirib: “Ququş qonorar tələb edir və ona bu qonorarı verən olsa, gələcək. Yaqub Zurufçunun Ququşun Bakıda konsert keçirmək istəyi ilə bağlı verdiyi açıqlamanın düzgün olmadığını hesab edirəm. Əgər Yaqib Zurufçu bu konserti təşkil edə bilsəydi, bu qədər zaman gözləməzdi. Mən bilirəm ki, Ququş Bakıda konsert vermək arzusundadır, sadəcə pulunu istəyir”. Qeyd edək ki, Dariuş Eghbalinin Bakıdakı konsertinin informasiya dəstəyi isə APA-ya məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar