SON XƏBƏRLƏR

AXCP referendumla bağlı digər müxalifət partiyaları ilə birgə hərəkət edəcək

2021.10.20, 07:36
AXCP referendumla bağlı digər müxalifət partiyaları ilə birgə hərəkət edəcək

Gunaz.tv
AXCP referendumla bağlı digər müxalifət partiyaları ilə birgə hərəkət edəcək [ 07 Yanvar 2009 12:59 ] Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) martıq 18-də keçiriləcək referendumla bağlı atılacaq addımları digər müxalifət partiyaları ilə birgə müəyyənləşdirəcək. APA-nın məlumatına görə, bu barədə AXCP Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Partiya sədrinin müavini Həsən Kərimov bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin qarşısının alınması üçün bütün addımların atılması nəzərdə tutulub. İclasda digər partiyalarla danışıqlar aparmaq və qərar qəbul etmək üçün sədr Əli Kərimliyə səlahiyyət verilib. H. Kərimov deyib ki, danışıqlarda referendumun boykot olunması, yaxud təşviqat qrupları yaradılaraq Konstitusiya dəyişikliklərinin əleyhinə təbliğat aparılması və bu məqsədlə kütləvi aksiyaların keçirilməsi barədə müzakirə aparıla bilər: ”Çox güman ki, müzakirələrdə bu iki variantdan biri seçiləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar