SON XƏBƏRLƏR

Müsavatda geniş müşavirə keçirildi, İsa Qəmbər liderlərlə məsləhətləşir

2021.10.20, 07:36
Müsavatda geniş müşavirə keçirildi, İsa Qəmbər liderlərlə məsləhətləşir

Gunaz.tv
MÜXALİFƏT FƏALLAŞIR Müsavatda geniş müşavirə keçirildi, İsa Qəmbər liderlərlə məsləhətləşir Dünən Müsavat Partiyasının rayon təşkilatlarının rəhbərlərinin və nümayəndələrinin mərkəzi qərargahda genişləndirilmiş müşavirəsi keçirilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının məlumatına görə, müşavirədə partiyanın referendumla bağlı mövqeyini rayon təşkilatlarının nümayəndələrinə çatdırmaqla yanaşı, eyni zamanda onların bu məsələlərlə əlaqədar rəyləri dinlənilib. Müsavatın rayon təşkilatları rəhbərliyə bildiriblər ki, referendum prosesində aktiv fəaliyyət göstərməyin tərəfdarıdırlar. A.Hacılının sözlərinə görə, yəqin ki, Müsavat Partiyasının bundan sonra qəbul edəcəyi qərarda da rayon təşkilatları nümayəndələrinin dünənki toplantısındakı rəylər nəzərə alınacaq. Müsavatın rayon təşkilatlarının fəallaşması və bunun dünən mərkəzi qərargahdakı müşavirədəki kütləvilikdən aydın görünməsi onu deməyə əsas verir ki, hakimiyyətin konstitusiya dəyişikliyi etmək planı demokratik qüvvələri ayağa qaldırmaqdadır. Referendum məsələsinin partiyaların birgə mübarizə aparmasına da ciddi stimul verəcəyi proqnozlaşdırılır. Arif Hacılı da bu rəyləri bölüşür. Onun fikrincə, konstitusiya dəyişikliyi məsələsinin ortaya çıxardığı yeganə müsbət hal ondan ibarətdir ki, Azərbaycanda müxalifətin geniş spektrinin koalisiyasının yaradılması üçün ciddi zəmin yaranıb: “Biz bu vəziyyətdən istifadə edərək müxalifət qüvvələrinin geniş koalisiyasına nail olmağa çalışacağıq. Bu istiqamətdə müəyyən addımlar atılır. Bilirsiniz ki, aparıcı müxalifət təşkilatları artıq bu referendumla bağlı vahid mövqelərini ortaya qoyublar. Bu mövqelər həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırılıb. İndi də vaxtın dar olmasına və referendumla bağlı proseslərin çox sürətlə aparılmasına baxmayaraq, çalışacağıq ki, referendum dövründə siyasi prosesdən kənarda qalmayaq və mövcud resurslardan istifadə etməklə Azərbaycan hakimiyyətinin ölkədə avtoritarizmi möhkəmləndirmək niyyətlərinə maneçilik törədək. Bu məsələlərlə əlaqədar Müsavatda müəyyən müzakirələr aparılır. Eyni zamanda mənim məlumatım var ki, Müsavat başqanı İsa Qəmbər bir sıra müxalifət partiyalarının liderləri ilə də mübarizənin birgə təşkili istiqamətində məsləhətləşmələr aparır”. Müsavat rəsmisinin fikrincə, Azərbaycan cəmiyyətinin bu hakimiyyətin ömrünün uzadılmasını istəməməsini nəzərə alanda referendumda fəallığın kifayət qədər aşağı olacağı mənzərəsi açıq-aydın görünür. Hətta adminstrativ resurs vasitəsilə də seçicilərin 25 faizə qədərini seçki məntəqələrinə gətirmək mümkün olmayacaq: “Əminəm ki, seçki məntəqələrinə məcburən gətirilmiş insanların da böyük bir qismi konstitusiya dəyişikliyinə ”yox" deyəcəklər. Əgər siyasi proseslər imkan versə, Azərbaycan cəmiyyəti fəal olsa, siyasi qüvvələr cəmiyyətin enerjisini təşkil edərək istiqamətləndirmək qabiliyyətinə malik olsalar bu referendumu hakimiyyətin əleyhinə çevirmək və hakimiyyətin ömrünün qısaldılması üçün istifadə etmək mümkündür". A.Hacılı referendumu boykot etmək yolunun da, iştirak etmək variantının da müzakirə edilməkdə olduğunu dedi: “Boykot yolu asan yollardan biridir. Eyni zamanda biz əgər referendumu boykot edəsi olsaq belə, bu prosesdə passiv mövqe tutmayacağıq. Yəni prosesi müşahidə etmək, bütün saxtkarlıqları aşkara çıxarmaq niyyətindəyik”. Həmsöhbətimizin sözlərinə görə, hakimiyyət bütün məsələlərdə olduğu kimi referendum məsələsində də müxalifət qüvvələrinin prosesdə iştirakına qanunda ciddi baryerlər yaradıb: “İki mindən artıq təşəbbüsçünün qısa müddət ərzində toplanaraq, müxtəlif bürokratik baryerləri aşaraq imza vərəqələrini alması və fevralın 2-dən gec olmayaraq toplanmış 40 min imzanı seçki MSK-ya təhvil verməsi zərurətini qanunda qeyd ediblər. Bu da həm texniki, həm də vaxt baxımından çox ciddi problemlər yaradır. Ancaq düşünürəm ki, siyasi qüvvələr referendumda təşviqat qrupları vasitəsilə iştirak barədə qərar qəbul etsələr texniki baxımdan bütün çətinliklərə baxmayaraq, bu məsələni həll etmək mümkündür”. Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar