SON XƏBƏRLƏR

BAKIDA DAHA 100 DİNDAR TUTULDU

2021.10.20, 07:36
BAKIDA DAHA 100 DİNDAR TUTULDU

Gunaz.tv
BAKIDA DAHA 100 DİNDAR TUTULDU Fələstindəki qırğına etiraz edən aksiya iştirakçıları zorakılığa məruz qaldı Qəzzada İsrail ordusu, Bakıda isə Azərbaycan polisi müsəlmanlara divan tutur Bu gün bir qrup dindar Qəzza bölgəsində baş verən qətilama etiraz olaraq İsrailin Bakıdakı səfirliyi önündə aksiya keçirməyə cəhd göstərib. Səhər saatlarından etibarən İsrail səfirliyinin yerləşdiyi “Hyatt recensi” oteli polis nəzarətinə götürülmüşdü. Yüzlərlə polis səfirliyə gedən yollarda keşik çəkirdilər. Otelin damında da hərbi geyimli şəxslər keşik çəkdiklərini müşahidə etdik. Saat 9:45 radələrində mülki geyimli polis əməkdaşları səfirliyin önündən keçən 3 nəfəri saxladı. Həmin şəxslərin fotoşəkilinin çəkilməsinə polis nəfərləri imkan vermədilər. Sənədlərimizi yoxlayan polis nəfərləri bizdən ərazini tərk etməyimizi tələb etdilər: “Bu gün burada durmaq olmaz. Dövlət tədbiri keçiriləcək!” Polislər jurnalistləri ərazidən uzaqlaşdırırdılar. Saat 10:30 radlərində 150-dən artıq dindar əllərində milli və dini bayraqları, anti-İsrail şuarları tutaraq Tiflis prospekti ilə İsrail səfirliyinə doğru irəliləməyə başladılar. Aksiya iştirakçılarının qarşısını Yasamal Rayon Polis İdarəsinin (RPİ) və Çevik Polis Alayının (ÇPA) əməkdaşları kəsiblər. Yasamal RPİ-nin rəisi Möhübbət Hüseynov aksiya iştirakçılarına İsrail səfirliyinin önünə getmələrinə icazə verilməyəcəyini bildirdi. Bir qədər çəkən məsləhətləşmədən sonra aksiya iştirakçıları İsrail səfirliyinin yerləşdiyi binanın arxasından keçən yolla “Təzə Pir” məscidinə getməyə razılıq verdilər. Bu dəfə isə Yasamal RPİ-nin rəisi M.Hüseynov mobil telefonla danışdıqdan sonra dindarları avtobuslarla məscidə aparılacağını söylədi. M.Hüseynovun tələbini dindarlar hiddətlə qarşıladılar. Dindarlar “Allahu Əkbər” “Sionist İsrailə və ABŞ-a lənət!” şuarları səsləndirməyə başladılar. M.Hüseynovun göstərişi ilə polislər aksiya iştirakçılarını zorla avtobuslara doldurmağa cəhd göstərdilər. Daha sonra polislər aksiya iştirakçılarının ələrində olan Azərbaycan və İslam bayraqlarını götürmək istədilər. Polislər bayraqları cıraraq ayaq altına atdılar. Daha sonra onlar aksiya iştirakçılarına qarşı zorakılığa əl atdılar. Polkovnik rütbəli polis zabiti təxminən 14-15 yaşlarında olan yeniyetməni yerə yıxaraq əlləri iə boğmağa başladı. Digər aksiya iştirakçıları da polislər tərəfindən təpiklənir, dəyənəklə döyülürdülər. Avtobusa miməkdən imtina edən 5 nəfər dindar xüsüsi qəddarlıqla döyüldü. Avtobusa minməkdən imtina edən sonuncu dindarı isə təxminən 15-dən artıq polis yerə yıxaraq təpikləməyə başladı. Onu qeyd edək ki, bəzi polis əməkdaşları aksiya iştirakçıları ilə yanaşı, müqəddəs sayılan şəxslərin ünvanına da təhqiredici ifadələr işlətdilər. Baş verən tükürpədici hadisələrin fotoçəklişini apararkən Yasamal RPİ-nin rəisi M.Hüseynovun göstərişi ilə 10-dan artıq polis bizi saxladı. Polislər təkidlə fotaparatı onlara verməmizi tələb etdilər. Daha sonra M.Hüseyinovun və polis polkovniki rütbəli şəxs fotoaparatın zorla götürülməsi barədə göstəriş verdi. Rəislərinin göstərişlərini canla-başla yerinə yetirən polislər qolarımızı burdular. Daha sonra polislər yumuruqları və təpikləri ilə vurmağa başladılar. Fotaparatı alan polislər daha sonra bizə yaxınlıqda duran patrul maşınına oturzdurdular. Əfqan MUXTARLI, fotolar müəllifindir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar