SON XƏBƏRLƏR

ALLAHŞÜKÜR PAŞAZADƏNİN FİKRİNCƏ, QƏZZA HADİSƏLƏRİ DAHA ÇOX İRANIN ƏLEYHİNƏ YÖNƏLİB

2021.10.20, 07:36
ALLAHŞÜKÜR PAŞAZADƏNİN FİKRİNCƏ, QƏZZA HADİSƏLƏRİ DAHA ÇOX İRANIN ƏLEYHİNƏ YÖNƏLİB

Gunaz.tv
ALLAHŞÜKÜR PAŞAZADƏNİN FİKRİNCƏ, QƏZZA HADİSƏLƏRİ DAHA ÇOX İRANIN ƏLEYHİNƏ YÖNƏLİB 2009-01-07 - 10:05:00 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qəzzada törədilən qırğına münasibət bildirərək yanvarın 7-də İslam Konfransı Təşkilatına müraciət edəcəyini deyib. «Turan»ın məlumatına görə, İslam Konfransı Təşkilatının baş katibi Kəmaləddin İhsanoğluna müraciətdə qurumun növbədənkənar konfransının keçirilməsi xahiş olunacaq. Allahşükür Paşazadə QMİ sədri İsrailin Fələstin torpağı olan Qəzzada apardığı hərbi əməliyyatlara İKT-nin münasibət bildirməsini vacib sayır: «Biz İKT-nin növbədənkənar konfransının keçirilməsinə və İsrailin hərəkətlərini birmənalı pisləyən qərar çıxarmasına nail olsaq, bu, hərbi təcavüzü durdura bilər». A.Paşazadə deyib ki, Qəzzada baş verən proseslər daha çox İranın əleyhinə yönəlmiş kimi görünür: «Qəzzaya hücumla bəzi dövlətlər İranın öz siyasi müvazinətini itirərək səhvə yol verməsinə, bununla da ölkəyə hücum fürsəti əldə etməyə çalışırlar. İndi dünyada şiə cəmiyyətinin qəddar olması obrazı yaradılır və bu siyasət bir sıra müsəlman dövlətlərinə də sərf edir». Qəzza bölgəsində 2008-ci il dekabrın 27-dən aparılan hərbi əməliyyatlar nəticəsində 660 fələstinlinin öldürüldüyü bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar