SON XƏBƏRLƏR

MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR YAYILIB

2021.10.20, 07:36
MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR YAYILIB

Gunaz.tv
MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR YAYILIB 2009-01-07 - 12:53:00 Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir. Güney Azərbaycan İstiqlal Partiyasından «Media forum» saytına verilən məlumata görə, H.Əsədini həbsxanada ipdən başaşağı asıblar, şallaqlayıblar, dırnağını çəkiblər. Əsədinin dəfələrlə işgəncə altında bayıldığı, komaya düşdüyü və koma vəziyyətində Tərbizin Ustad Alinəsəb Xəstəxanasına aparıldığı vurğulanır. Məlumata görə, işgəncə xəbərinin yayılmaması üçün İranın rəsmi qurumları H.Əsədinin ailəsini təhdid də edib. Güney Azərbaycan İstiqlal Partiyası bildirir ki, ailəsinin köməyi ilə H.Əsədi sağalıb, bundan sonra onu yenə həbsxanaya köçürüblər. İşgəncələrdə məqsədin H.Əsədini bir sıra ifadələrə qol çəkdirməyə məcbur etmək olduğu, amma milli fəalın bundan boyun qaçırdığı deyilir. H.Əsədi 2007-nin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb. 2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. H.Əsədi İran İslam Respublikasına müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham olunub və ona 1 il həbs cəzası verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar