SON XƏBƏRLƏR

XARİCDƏ YAŞAYAN İRANLI ZİYALILAR BMT BAŞ KATİBİNƏ MƏKTUB YOLLAYIB

2021.10.20, 07:36
XARİCDƏ YAŞAYAN İRANLI ZİYALILAR BMT BAŞ KATİBİNƏ MƏKTUB YOLLAYIB

Gunaz.tv
XARİCDƏ YAŞAYAN İRANLI ZİYALILAR BMT BAŞ KATİBİNƏ MƏKTUB YOLLAYIB 2009-01-07 - 13:50:00 Avropa və Amerkada yaşayan 121 iranlı ziyalı BMT-nin baş katibi Pan Ki Muna birgə məktub yazaraq sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadiyə qarşı təzyiqlərin dayandırılması üçün İran rəsmilərinə müraciət olunmasını istəyiblər. «Media forum» saytının məlumatına görə, yanvarın 6-da göndərilən məktubda Ş.İbadinin başçılığı ilə İranda fəaliyyət göstərən İnsan Hüquqlarını Müdafiə Birliyinin qapadılmasının qanunsuz olduğu vurğulanır: «2008-ci il dekabrın 21-də İran təhlükəsizlik qüvvələrinin əməkdaşları hər hansı qanuni qərar təqdim etmədən Tehranda Ş.İbadinin 8 ildir rəhbərlik etdiyi qurumun ofisini bağlayıblar. Ofisdə axtarış da aparılıb, Ş.İbadinin müvəkkillərinə məxsus bütün sənədlər, iki kompüter, bir neçə disk müsadirə olunub». Məktub müəllifləri İnsan Hüquqlarını Müdafiə Birliyinin fəaliyyətinin bərpa edilməsini istəyirlər: «Biz bu qurumun qapadılmasını pisləyir, İran hökumətinin özbaşına hərəkətinin beynəlxalq qanunlara zidd olduğunu bildiririk». Məktubda BMT-nin baş katibindən xahiş edilir ki, o, İran prezidentinə və parlament sədrinə, İran Məhkəmə Sisteminin rəhbərinə problemin həlli üçün müraciət göndərsin. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar