SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD QƏZZA HADİSƏLƏRİNİN MÜZAKİRƏSİ ÜÇÜN 22 ÖZƏL ELÇİ AYIRIB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD QƏZZA HADİSƏLƏRİNİN MÜZAKİRƏSİ ÜÇÜN 22 ÖZƏL ELÇİ AYIRIB

Gunaz.tv
ƏHMƏDİNEJAD QƏZZA HADİSƏLƏRİNİN MÜZAKİRƏSİ ÜÇÜN 22 ÖZƏL ELÇİ AYIRIB 2009-01-07 - 18:29:00 İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında İsrailin Qəzza bölgəsinə hücümlarını dayandırmaq üçün diplomatik səylərin gücləndiriləcəyini bildirib. «Media forum» saytının məlumatına görə, H.Qəşqavi deyib ki, prezident Mahmud Əhmədinejad 22 özəl elçisini dünyanın müxtəlif ölkələrinə göndərəcək. Xarici İşlər Nazirliyinin sözçüsü elçilərin göndəriləcəyi ölkələrin adlarını çəkməsə də, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlilinin Qəzzadakı olayları müzakirə etmək üçün Türkiyəyə səfər etdiyi bildirilir. İsrailin Qəzza bölgəsinə hücumunu fələstinlilərə qarşı «beynəlxalq fitnə» adlandıran H.Qəşqavi BMT Təhlükəsizlik Şurasını münaqişənin dayandırılması üçün qətnamə qəbul etmədiyi üçün pisləyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar