SON XƏBƏRLƏR

Vəhhabilərin səfirlikləri partlatmaq üçün istifadə etməyi planlaşdırdıqları maşının fotoları - FOTOLENT

2021.10.20, 07:36
Vəhhabilərin səfirlikləri partlatmaq üçün istifadə etməyi planlaşdırdıqları maşının fotoları - FOTOLENT

Gunaz.tv
Vəhhabilərin səfirlikləri partlatmaq üçün istifadə etməyi planlaşdırdıqları maşının fotoları - FOTOLENT 19:49 07-01-2009 foto lent < 1 / 3 > Radikal dini qruplaşma yaratmaqda təqsirləndirilən bir qrup şəxs ABŞ, İngiltərə və İsrail səfirlərinə qarşı sui-qəsd törətməyə hazırlaşırmışlar Bakı sakini Tofiq Məmmədova məxsus olan “BMW” markalı, 10 CD 434 dövlət nömrə nişanlı bu avtomobilin qruplaşmanın əlinə necə keçməsi ilə bağlı təfərrüatları da maşının sahibi özü APA-ya danışıb. O deyib ki, hadisə baş verən zaman maşından taksi kimi istifadə edib. Tarixini dəqiq xatırlamadığı bir gündə Bakının Xətai rayonu ərazisində sərnişin kimi taksiyə əyləşən üç nəfər onları şəhərdən kənara aparmağı xahiş edib. Şəhərdən kənara çıxaran kimi isə sərnişinlər sürücüyə hücum ediblər: “Maşında arxada əyləşən sərnişin mənim üstümə silah çəkdi və özünü təqdim edərək Kamran Əsədov olduğunu söylədi. Məndə ona onun haqqında televiziyada və qəzetlərdə yazıldığını dedim. Kamran Əsədov maşını onlara verməyimi tələb etdi. Şoka düşmüşdüm, Kamranın tələbini qavraya bilmirdim. Mənə dedi ki, bu maşınla Azərbaycanda olan üç nəfər böyük adamı məhv etmək niyyətindədirlər. Bildiyim qədəri ilə bu adamlardan biri ABŞ-ın səfiri Ann Dersi, digərləri isə İsrail və İngiltərənin səfirləri idi. Sonra özünü toplayıb, onlarla danışığa getdim. Razılaşdıq ki, mən maşını onlara verirəm, onlar da məni rahat buraxırlar. Onlara söz verdim ki, bu barədə heç kimə məlumat verməyəcəyəm. Onlar da mənə söz verdilər ki, planlarını reallaşdırandan sonra maşını mənə qaytaracaqlar”. T. Məmmədov deyib ki, o maşını elə şəhər kənarındaca K. Əsədova təhvil verib: “Maşını mənə əməliyyatçılar qaytardılar. Onda maşının salonu dağılmışdı. Mənə dedilər ki, maşınında axtarış aparılanda belə olub.” LENT.AZ Xəbərin oxunma sayı: 564

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar