SON XƏBƏRLƏR

Azərbaycan pilotsuz təyyarə istehsal edəcək

2021.10.20, 07:36
Azərbaycan pilotsuz təyyarə istehsal edəcək

Gunaz.tv
Azərbaycan pilotsuz təyyarə istehsal edəcək Azərbaycanın hərbi-sənaye kompleksi (HSK) "Matador" tipli müasir bronotexnika istehsalına başlamağa hazırlaşır. Artıq Azərbaycan və CAR arasında müvafiq müqavilə imzalanıb. "Azərbaycan" qəzetində dərc olunan məqalədə bildirilir ki, 2009-cu ilin martından Azərbaycan HSK-nin "İqlim" QHT-si Türkiyənin "Rokestan" şirkəti ilə birlikdə 107 mm və 122 mm kalibrli yaylım atəşi sistemləri istehsal etməyə başlayacaq. Yığılma "İqlim"də həyata keçiriləcək, raketlərin hissələri isə Türkiyə müəssisələrində hazırlanacaq. Bu sistemlər günün istənilən vaxtı və istənilən hava şəraitində artilleriya və piyada birləşmələrində işləyir. TR-107 və TRB-107 adlı iki döyüş başlıqlı raketlərlə 11 kilometr məsafədəki hədəfləri məhv etmək mümkündür. Türkiyənin digər bir şirkəti - "Aselsan" ilə danışıqların yekunu olaraq atıcı silahların, elektronika sahəsində gecəgörmə cihazlarının və digər texnikanın birgə istehsalına başlanması gözlənilir. Bundan başqa, yaxın illərdə Azərbaycanda aviasiya bombalarının istehsalına başlanacaq. Bu barədə Pakistanla müvafiq danışıqlar aparılır. Bundan başqa, Azərbaycanın HSK artıq 2009-cu ildən pilotsuz təyyarələrin istehsalı nəzərdə tutulur. Bu, xeyli vəsaitə qənaət etmək imkanı verəcək, belə ki, əvvəllər bu texnika RF və Ukrayna müəssisələrində təmir edilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar