SON XƏBƏRLƏR

Məşhur Moskva teatrı Bakıya gəlir

2021.10.20, 07:36
Məşhur Moskva teatrı Bakıya gəlir

Gunaz.tv
Məşhur Moskva teatrı Bakıya gəlir Moskva musiqili teatrı “Qelikon-Opera”-nın 50-yə yaxın solisti Juzeppe Verdinin “Traviata” tamaşası ilə Bakıya gəlir. Tamaşa yanvarın 16 və 18 - də “UNS” teatrının səhnəsində göstəriləcək. Bu haqda məlumatı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov verib. O, tamaşalarda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrına dirijorluq edəcək. Biletlərin qiyməti - 50-60 manatdır. Keçən il “Qelikon-Opera” Bakıya Jorj Bize-nin “Karmen” operası ilə gəlib. İl ərzində teatr 200-ə yaxın tamaşa göstərir. Fəaliyətinin 18 ili ərzində teatr Avstriya, Böyük Britaniya, İspaniya, ABŞ, Fransa və digər ölkələrdə qastrol səfərlərində olub. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar