SON XƏBƏRLƏR

XOY İNQİLAB MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLI FƏALLARA HÖKM OXUNUB

2021.10.20, 07:36
XOY İNQİLAB MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLI FƏALLARA HÖKM OXUNUB

Gunaz.tv
XOY İNQİLAB MƏHKƏMƏSİNDƏ AZƏRBAYCANLI FƏALLARA HÖKM OXUNUB 2009-01-06 - 14:44:00 Xoy İnqilab Məhkəməsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan bir qrup fəala hökm çıxarıb. «Media forum» saytının məlumatına görə, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq 2006-cı ilin may-iyun aylarında keçirilən aksiyalara qatıldıqları üçün məhkəməyə cəlb olunmuş azərbaycanlı fəallar İbrahim Abdullanejad, Əli Həlmi, Əli Hüseynnejad Əsl, Möhsün Hüseynzadə, Sabir Beytullahi və Bəhmən Nəsirzadə 10 aydan 1 ilə qədər şərti həbs cəzasına məhkum ediliblər. Fəallar İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda və pantürkizmi yaymaqda günahlandırılıblar. Adı çəkilən şəxslər 2006-cı il aksiyalarında tutulmuş, bir müddət həbsdə saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdılar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar