SON XƏBƏRLƏR

İRANDA MİSİR PREZİDENTİNİN BAŞINA 1 MİLYON DOLLAR PUL QOYDULAR

2021.10.20, 07:36
İRANDA MİSİR PREZİDENTİNİN BAŞINA 1 MİLYON DOLLAR PUL QOYDULAR

Gunaz.tv
İRANDA MİSİR PREZİDENTİNİN BAŞINA 1 MİLYON DOLLAR PUL QOYDULAR 2009-01-06 - 16:24:00 Hüsnü Mübarək İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») nəzdində fəaliyyət göstərən «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatnın tələbələr qanadı yanvarın 5-də Misir prezidenti Hüsnü Mübarəki qətlə yetirə bilən şəxsə 1 milyon dollar mükafat verəcəyi barədə bəyanat yayıb. «Media forum» saytının məlumatına görə, «Bəsic» təşkilatı mükafatın təyin edilməsinin Misir hökumətinin sərhədyanı Rəfəh keçid məntəqəsini Qəzza bölgəsindəki fələstinlilərin üzünə bağlaması ilə əlaqədar olduğunu bildirib. Bəyanatda deyilir: «Beynəlxalq terrorçu Hüsnü Mübarəki dünyanın hər bir nöqtəsində qətlə yetirə bilən şəxsə 1 milyon dollar mükafat veriləcək». Tehranda Qəzzaya könüllülərin səfərbərliyi ilə məşğul olan Beynəlxalq İslam Şəhidləri Hərəkatının rəsmisi Fəruz Rəcayi isə jurnalistlərə açıqlamasında Misir prezidenti Hüsnü Mübarəkin qətli üçün mükafat qoyulmasını dəstəkləyərək lazım görüldüyü təqdirdə mükafatın miqdarının daha da artırıla biləcəyini bildirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar