SON XƏBƏRLƏR

İRANDA İLK DƏFƏ OLARAQ DİNİ RƏHBƏRİN AZƏRBAYCAN DİLİNDƏ OXUDUĞU MƏRSİYƏLƏR YAYILIB

2021.10.20, 07:36
İRANDA İLK DƏFƏ OLARAQ DİNİ RƏHBƏRİN AZƏRBAYCAN DİLİNDƏ OXUDUĞU MƏRSİYƏLƏR YAYILIB

Gunaz.tv
İRANDA İLK DƏFƏ OLARAQ DİNİ RƏHBƏRİN AZƏRBAYCAN DİLİNDƏ OXUDUĞU MƏRSİYƏLƏR YAYILIB 2009-01-06 - 17:22:00 Yanvarın 6-da İranın bəzi saytları ölkənin dini rəhbəri ayətullah Əli Xamneyinin Azərbaycan türkcəsində oxuduğu bir neçə mərsiyənin səsli faylını yayıb. «Media forum» saytı bildirir ki, mərsiyələr Aşura haqqındadır. Ayətullah Xamneyi həmin mərsiyələri oxuyarkən arada onların məzmunu barədə fars dilində izahat da verir. İctimaiyyət ilk dəfədir ayətullah Xamneyinin Azərbaycan dilində oxuduğu mərsiyələri eşidir. Hicri təqvimlə məhərrəm ayının 10-cu günü aşura günüdür. Hicri tarixlə 61-ci ilin məhərrəm ayının 10-da (miladi tarixlə 680-ci il) Kərbəla çölündə əməvi qoşunları ilə bərabər olmayan döyüşdə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əli qətlə yetirilib. 2009-cu ildə aşura günü yanvarın 7-nə təsadüf edir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar