SON XƏBƏRLƏR

Türkiyə hökuməti Nazim Hikmətin ölkə vətəndaşlığını bərpa edib

2021.10.20, 07:36
Türkiyə hökuməti Nazim Hikmətin ölkə vətəndaşlığını bərpa edib

Gunaz.tv
Türkiyə hökuməti Nazim Hikmətin ölkə vətəndaşlığını bərpa edib 07.01.09 02:48 Türkiyə hökuməti ölümündən sonra görkəmli türk şairi Nazim Hikmətə ölkə vətəndaşlığını qaytarıb. “Sabah” qəzetinin məlumatına əsasən, bu barədə baş nazirin müavini Cəmil Çimək deyib. Onun sözlərinə görə, 1951-ci ildə “soyuq müharibə” zamanı qəbul edilmiş yazıçının ölkə vətəndaşlığından məhrum olunma qərarı ləğv edilib. Türkiyə poeziyasının əsas fiqurlarından olan Nazim Hikmətin əsərləri 50 dilə tərcümə edilib. Nazim Hikmət Azərbaycanın böyük dostu olub, bir neçə dəfə Bakıya səfər edib, şerləri isə dəfələrlə azərbaycan dilində dərc edilib. Şair 1963-cü ildə Moskvada vəfat edib və elə orda da dəfn olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar