SON XƏBƏRLƏR

Rusiya Türkiyənin qazını kəsdi

2021.10.20, 07:36
Rusiya Türkiyənin qazını kəsdi

Gunaz.tv
Rusiya Türkiyənin qazını kəsdi 12:14 06-01-2009 “Qazprom”la “Naftoqaz” arasındakı münaqişə Avropanı qazsız qoyur Rusiya yanvarın 6-na keçən gecə Ukrayna ərazisindən keçməklə Bolqarıstan, Yunanıstan, Makedoniya və Türkiyəyə təbii qaz nəqlini dayandırıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “Naftoqaz Ukraina”nın nümayəndələri Rusiyanın nəql olunan qazın həcmini üç dəfə azaltdığını bildiriblər. Qeyd edək ki, “Qazprom”un rəhbəri Aleksey Miller yanvarın 5-də bəyanatla çıxış edərək Rusiyanın Ukrayna istiqamətində qaz nəqlini 65,3 milyon kubmetr azaltdığını bəyan edib. Millerin iddiasına görə, Ukrayna tərəfi məhz bu həcmdə qaz oğurlayır. “Qazprom” rəhbəri nəql edilən qazın həcmini azaltmaları səbəbindən Avropa ölkələrinin eyni həcmdə qazdan məhrum olacağını da etiraf edib. LENT.AZ Xəbərin oxunma sayı: 561

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar