SON XƏBƏRLƏR

Neftin qiyməti 50 dolları keçdi

2021.10.20, 07:36
Neftin qiyməti 50 dolları keçdi

Gunaz.tv
Neftin qiyməti 50 dolları keçdi 18:07 06-01-2009 Dünya bazarında neftin qiymətinin qalxması davam edir. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 6-da Nyu-Yorkun “NYMEX” birjasında keçirilən alqı-satqı zamanı WTI markalı neftin qiyməti 50 dollar həddini keçib. Qiymət 1,28 dollar qalxaraq 50,07 dollar təşkil edib. Ekspertlər bildirirlər ki, qiymətin artmasına ABŞ iqtisadiyyatının dəstəklənəcəyi ilə bağlı hökumətin bəyanatı, eləcə də Qətər və Küveytin neft hasilatını aşağı salmaq niyyəti səbəb olub. Bundan əlavə, Rusiya və Ukrayna arasındakı qaz mübahisəsi də qiymətə təsir edib. LENT.AZ Xəbərin oxunma sayı: 165

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar