SON XƏBƏRLƏR

RUS DİLİNİ BİLMƏYƏN AZƏRBAYCANLILAR RUSİYADAN QOVULACAQ

2021.10.20, 07:36
RUS DİLİNİ BİLMƏYƏN AZƏRBAYCANLILAR RUSİYADAN QOVULACAQ

Gunaz.tv
RUS DİLİNİ BİLMƏYƏN AZƏRBAYCANLILAR RUSİYADAN QOVULACAQ Soydaşlarımız bu ölkədə işləmək icazəsi almaq üçün imtahan verməli və tibbi müayinədən keçməlidir Bu il yanvarın 1-dən etibarən Rusiyadakı miqrantlar üçün yeni tələblər qüvvəyə minib. Qanuna görə, Rusiyaya gələn miqrantlar rus dilindən imtahan verməli olacaqlar. Əks halda, onlara işləmək üçün icazə sənədi verilməyəcək. Yeni qanunda miqrantlar üçün problem yaradan başqa məqamlar da var. Məsələn, RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinə istinadən yayılan xəbərə görə, QİÇS və ya sifilis kimi ağır xəstəliklərin daşıyıcısı olan miqrantlar dərhal ölkədən qovulacaq. Federal Miqrasiya Xidməti bu həftənin sonundan etibarən Rusiyadakı miqrantların sanitar-səhiyyə yoxlamalarına başlayacaq. Öncə iş yerləri sahiblərinin səhlənkarlığı və ya sanitar normalara bilərəkdən əməl etməmələri ucbatından kəskin bağırsaq infeksiyalarına tutulmuş miqrantlar Rusiyadan deportasiya ediləcək. “Rusiyada indi 5 milyona yaxın miqrant var ki, onların 80 faizi ciddi müayinədən keçirilməyib. Bunun ölkə üçün nə kimi problemlər yarada biləcəyini söyləməyə ehtiyac yoxdur”- deyə Federal Miqrasiya Xidmətinin yetkilisi Vsevolod Qavrilov bildirib. V.Qavrilovun sözlərinə görə, həmin tədbirlər çərçivəsində Rusiyada yaşayan və çalışan azərbaycanlı miqrantlar da yoxlanacaq. Onların arasında infeksion xəstəlik daşıyıcısı olanlar təxirə salınmadan ölkədən deportasiya olunacaq: “Çünki bazarda alver edən və ağır infeksiya daşıyıcısı olan miqrant hər gün çoxlu adamla ünsiyyətdə olduğundan o, yoluxucu xəstəliklərin yayılma mənbəyi də sayıla bilər”. RF Baş İstehlak Nəzarəti Xidmətinin rəhbəri, ölkənin baş sanitar həkimi Gennadi Onişşenko isə miqrantların infeksiya yoxlamalarının olduqca ciddi şəkildə aparılacağını söyləyib. Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də topdan və pərakəndə satış məkanlarında işləyən miqrantlar daha sərt yoxlanacaq. “Mədə-bağırsaq infeksiyasına yoluxmuş adamın satdığı ətin və ya südün alıcılar üçün necə təhlükəli olduğunu təsəvvür edin”- deyə o, UPİ agentliyinə verdiyi açıqlamasında deyib. Gələn xəbərlərə görə, miqrantların yoxlanılmasına ilkin olaraq “Reutovo”, “Çerkizovo”, “Tuşino”, “Prajski” və “Svetloqorsk” bazarlarında başlanılacaq. Bu bazarlarda isə on minlərlə azərbaycanlı çalışır. Səbuhi MƏMMƏDLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar