SON XƏBƏRLƏR

“İSLAM DÜNYASI QƏTİ SÖZÜNÜ DEMƏLİDİR”

2021.10.20, 07:36
“İSLAM DÜNYASI QƏTİ SÖZÜNÜ DEMƏLİDİR”

Gunaz.tv
“İSLAM DÜNYASI QƏTİ SÖZÜNÜ DEMƏLİDİR” Allahşükür Paşazadə: “Fələstində baş verənlərlə bağlı İslam Konfransı Təşkilatının növbədənkənar iclası çağırılmalıdır” “Bu gün İslam Konfransı Təşkilatına müraciət etməyə hazırlaşırıq. Təklif edirik ki, Fələstində baş verənlərlə bağlı İslam Konfransı Təşkilatının növbədənkənar iclası çağırılsın. İslam dünyası Qəzzada baş verənlərlə bağlı öz qəti sözünü deməlidir”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, müraciətlərində İslam Konfransı Təşkilatının növbədənkənar iclasında iştirak etmək niyyətlərini də açıqlayacaqlar. A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi Fələstində baş verənlərə hamıdan birinci etirazı etdiyini deyib: “Biz hələ bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsi adından etiraz bəyanatı yaymışıq. Bu məsələdə İsraili çox sərt şəkildə günahlandırmış və müharibənin dayandırılmasını tələb etmişik. Bütün məsələlər sülh yolu ilə həll edilməlidir. Dünən Nardaranda bizim ünvanımıza deyilən iradları isə başa düşmədim. Onlar bilməlidirlər ki, bu məsələyə görə mənim bəyanatım olub və həmin bəyanat bütün mətbuatda yayılıb”. QMİ sədri, həmçinin qeyd edib ki, Ümumrusiya patriarxı II Aleksiy dünyasını dəyişməsəydi, bu məsələ MDB Dinlərarası Şurasında da müzakirə oluna bilərdi: “Çünki o mənimlə birlikdə təşkilatın həmsədri idi. Quruma yeni həmsədr seçiləndən sonra ola bilsin ki, bu məsələyə qayıdaq. Eyni zamanda bu ilin payızında Bakıda keçirilməsi planlaşdırılan dinlərarası dialoqla bağlı tədbirdə də Qəzzada baş verənlərə toxunula bilər. Ancaq həmin vaxta qədər biz öz sözümüzü deməliyik”. A.Paşazadə Fələstin hadisələrinin dini məsələdən daha çox siyasi xarakter daşıdığını deyib. Şeyxin fikrincə, özünü demokratiyanın beşiyi hesab edən ABŞ-ın bu məsələdə İsraili dəstəkləməsi başa düşülən deyil. lent.az 194 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar