SON XƏBƏRLƏR

MÜSAVAT İCTİMAİ TELEVİZİYADAN RƏSMƏN EFİR VAXTI İSTƏDİ

2021.10.20, 07:36
MÜSAVAT İCTİMAİ TELEVİZİYADAN RƏSMƏN EFİR VAXTI İSTƏDİ

Gunaz.tv
MÜSAVAT İCTİMAİ TELEVİZİYADAN RƏSMƏN EFİR VAXTI İSTƏDİ 2009-01-06 - 17:05:00 Müsavat Partiyası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərova müraciət ünvanlayıb. Partiya 2009-cu il martın 18-nə təyin olunmuş referendumla bağlı efir vaxtı istəyir. Məktubda deyilir: «Rəhbərlik etdiyiniz qurum təkcə iqtidara sərf edən baxışların deyil, həm də ölkədəki aparıcı qüvvələrin ideya və düşüncələrini cəmiyyətə çatdırmağa borcludur. Müsavat 2003-cü ilin prezident, 2005-ci il parlament seçkilərinin favorit qüvvəsi kimi qəbul edilməkdədir. Azərbaycanda ictimai rəyin formalaşdırılmasında Müsavatın rolu danılmazdır. Bu müraciətlə konstitusiyada antidemokratik dəyişiklikləri nəzərdə tutan referendumla bağlı öz mövqeyimizin xalqa çatdırılması üçün İctimai Televiziyada ayrıca efir vaxtının ayrılmasını nəzərdə tuturuq. Bizim bu müraciətimiz həm Seçki Məcəlləsinə, həm də «Siyasi partiyalar haqqında» qanuna əsaslanır. Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının adından göndərilmiş müraciətdə İTV-də Müsavata efir vaxtının ayrılması xahiş edilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar