SON XƏBƏRLƏR

TRT-dən ermənilərə yest

2021.10.20, 07:36
TRT-dən ermənilərə yest

Gunaz.tv
TRT-dən ermənilərə yest Türkiyədə erməni dilində radio verilişlərinin yayımı təşkil olunacaq Türkiyədə ötən ilin son günlərindən start götürən üzdəniraq "Ermənilərdən üzr istəyək" kampaniyası davam edir. Bu ölkədə 70 minə yaxın erməninin yaşamasına baxmayaraq, kampaniyaya qoşulanların sayı on mini belə ötməyib. Kampaniyaya sərt təpki göstərənlərin sayı isə durmadan artır. Türkiyə prezidenti Abdulla Gül də yurnalistlərə müsahibəsində növbəti dəfə kampaniyaya münasibət bildirib. Onun sözlərinə görə, bu təşəbbüs Ermənistanla davam edən müzakirələrə mənfi təsir göstərə bilər. A.Gül vurğulayıb ki, futbol matçını izləmək üçün Ermənistana səfəri ABŞ-la Çin arasında münasibətlərin normallaşdırılması ilə müqayisə oluna bilər. Belə ki, Vaşinqtonla Pekin arasında əlaqələr də bir idman oyunundan sonra yaranan dialoq vasitəsilə normal məcraya dönmüşdü. Yerevana səfəri zamanı Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münasişəsinin həlli, Gürcüstanla bağlı məsələləri müzakirə etdiyini və mövcud problemlərin xoş niyyətlə həlli üçün siyasi iradə yarandığını təkrarlayan Türkiyə prezidenti əlavə edib ki, bölgədə təhlükəsizlik bərpa olunarsa, iqtisadi əməkdaşlığa və rifaha da qovuşmaq olar. A.Gül Ermənistanla müzakirələrin hazırkı vəziyyətinə dair sualı da cavablandırıb: "Mühüm olan son nəticədir. Bu işlər bəzən səssiz, bəzən isə hamının gözü önündə aparılır. Amma deməliyəm ki, müzakirələr davam edir". Ümumiyyətlə, Türkiyədə bir çoxları bu kampaniyanın türklər üçün təhqir və həqarət kimi qarşılayırlar. Məsələn, iqdırlı 117 yaşlı Abbas Böyükər də son zamanlar bir qrup üzdəniraq ziyalı tərəfindən başlanmış kampaniyanı pisləyib. Onun sözlərinə görə, ermənilər vaxtilə bölgədə türkləri qırıb-çatıblar. "Doğma Suveren kəndində (1992-ci ilə qədər Erqof) qardaşımı qətlə yetiriblər, xilas olanlar isə İrana keçiblər. Onlar yalnız erməni quldurları bölgədən qovulduqdan sonra İrandan İqdıra qayıdıblar. Sonra dörd il orduda xidmət etmişəm. İndi xəyanətkar ziyalıların oyununu anlamıram. Doğrudanmı onlar ermənilərin türkü yer üzündən silməyə hazır olduğunu bilmirlər? Doğrudanmı ermənilərin Türkiyənin çətin vaxtlarında ona arxadan zərbə vurduqlarını unudublar? Xocalı soyqırımındandamı xəbərləri yoxdur? Ermənilər türkün qarşısında günahkardırlar. Məhz onlar türklərdən və azərbaycanlılardan üzr istəməlidirlər" - deyə A.Böyükər vurğulayıb. Türk Avrasiya Biznes Komitəsinin sədri Toğrul Erkin isə Türkiyənin Ermənistan ilə münasibətlər qurmaq üçün Azərbaycanı itirməsinin böyük bir xəta olacağını və buna heç kimin cəsarət edə bilməyəcəyini söyləyib: "Qardaş Azərbaycan hər zaman "bir millət - iki dövlət" prinsipi ilə hərəkət edib və ölkələrimizi həm də qırılmaz mədəni tellər bağlayır". T.Erkin vurğulayıb ki, neft ölkəsi olan Azərbaycanla Türkiyənin ticarət əlaqələri yüksək səviyyədədir. İki ölkə çox böyük regional əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinə imza atıb. Ermənistanın bu layihələrdən kənarda qalması isə yeritdiyi düşmənçilik siyasətinin nəticəsidir. O, Ermənistan hökumətinin diaspordan icazəsiz heç bir addım atmağa qadir olmadığını, sonuncunun isə qondarma "erməni soyqırımı"nı biznesə çevirdiyini vurğulayıb: "Erməni diasporunu yaşadan bu qondarma iddiaların yayılmasıdır. Bu işdən faydalanan ermənilər müxtəlif fondlar qurub, onların vasitəsilə yaşıl kartlar alaraq, pul yardımlarından istifadə edirlər. Ermənistan dövləti də büdcəsinin böyük bir hissəsini diasporun hesabına doldurmaqdadır. Bu ixtilafçı ölkə heç bir ixracat həyata keçirmədən, qonşularına qarşı düşmənçilik siyasəti yürütməklə havadan pul gəlişini təmin edir". Türkiyəli iş adamı daha bir maraqlı faktı xatırladıb: "Türkiyə və digər ölkələr Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurdular. İndi təşkilata Ermənistan sədrlik edir. 10 il əvvəl də sədrlik ermənilərdə idi. O zamankı erməni sədri İstanbulda yeməyə apardıq, səmimi söhbət etdik. Konkret işə gəldikdə, erməni bizdən soruşdu: "Siz bu soyqırımı törətmədinizmi?" Biz həmin dəqiqə yemək masasını tərk etdik və bunlarla danışmağın faydasızlığına bir daha əmin olduq". Azərbaycanın Türkiyənin Qars şəhərindəki konsulu Həsən Sultanoğlu da sözügedən kampaniyanı pisləyib. Bu barədə "Ankarahaber" informasiya agentliyi məlumat verib. H.Sultanoğlu yaydığı yazılı bəyanatda türklərin tarixlərində heç bir soyqırımı törətmədiklərini və tarixi sənədlərin də bunu sübut etdiyini bildirib. Eyni zamanda, konsul üzr istəmə kampaniyasından narahatlıq keçirdiklərini də deyib. Lakin buna baxmayaraq, Türkiyədə ermənilərlə yaxınlaşma siyasətinə cəhd edənlər də var. Belə ki, bu ilin fevral ayından etibarən Türkiyənin "TRT" radiosu erməni dilində verilişin yayımına başlayacaq. Bunu Türkiyənin "Hürriyət" qəzetinə "TRT"nin baş direktoru İbrahim Şahin söyləyib. Bunun ardınca isə "Sabah" qəzeti erməni dilində telekanalın efirə çıxacağı barədə məlumat yayıb. Məlumata görə, müvafiq icazəni Türkiyə Xarici İşlər Nazirliyi verib. Verilişdə erməni mahnıları oxuyan türk qruplarının mahnıları veriləcək. Kanal ilin sonuna kimi efirə çıxacaq. Burada Türkiyədə yaşayan ermənilərlə yanaşı, Ermənistandan olan mütəxəssislər də işləyəcək. Ermənistan öz növbəsində yeni ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin davam edəcəyinə ümid edir. Belə ki, Ermənistan XİN-in informasiya və mətbuat idarəsinin rəhbəri Tiqran Balayan "Novosti Armeniya"ya bildirib ki, iki ölkə prezidentlərinin görüşü konstruktiv olub və erməni tərəfi ümidvardır ki, bu pozitiv tendensiyalar 2009-cu ildə də davam edəcək. O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda prezidentlərin növbəti görüşünün keçirilməsi üçün hər hansı bir razılaşma yoxdur. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar