SON XƏBƏRLƏR

İsrailin xarici işlər naziri: “Qəzza zolağında əməliyyat zamanı dinc sakinlərə mümkün qədər zərər verməməyə çalışırıq”

2021.10.20, 07:36
İsrailin xarici işlər naziri: “Qəzza zolağında əməliyyat zamanı dinc sakinlərə mümkün qədər zərər verməməyə çalışırıq”

Gunaz.tv
İsrailin xarici işlər naziri: “Qəzza zolağında əməliyyat zamanı dinc sakinlərə mümkün qədər zərər verməməyə çalışırıq” [ 05 Yanvar 2009 16:48 ] Tel-Əviv-APA. “Bölgədə irimiqyaslı antiterror əməliyyatı başlayıb. Qəzza zolağında bəzi hədəflərimiz var və o hədəflərə çatmaq istəyirik”. APA-nın məlumatına görə, bu fikirləri İsrailin xarici işlər naziri Tsipi Livni bir qədər əvvəl keçirdiyi mətbuat konfransında söyləyib. O, İsrail dövlətinin bölgədə sülh istədiyini, “HAMAS”ın isə bunu istəmədiyini vurğulayıb: “İsrailin bu əməliyyatı özünümüdafiə xarakteri daşıyır, biz radikallığa və terrorçuluğa qarşıyıq. Hədəfimiz mülki əhali deyil, “HAMAS” təşkilatıdır. İsrailin məqsədi özünümüdafiə etməkdir, bu, bizim Konstitusiyada təsbit olunmuş hüququmuzdur”. Tsipi Livni İsrailin lazımi addımlar atdığını və əməliyyatı davam etdirdiyini bildirib: “Qəzza zolağına humanitar yardımların çatdırılmasının əleyhinə deyilik. Bununla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Bizi buna heç kəs məcbur eləmir, bunu könüllü edirik. Dins sakinləri cəzalandırmaq niyyətində deyilik, bölgədə aparılan əməliyyat hərbi əməliyyatdır. Bu əməliyyat zamanı dinc sakinlərə mümkün qədər zərər verməməyə çalışırıq. Lakin “HAMAS” mülki obyektlərdən sığınacaq kimi istifadə edir, buna görə də bəzən mülki insanlar arasında da itkilər olur”. XİN başçısı “HAMAS”ın İran və Suriyadan yardım aldığını, “Hizbullah” terror təşkilatı ilə əməkdaşlıq etdiyini, bu əməliyyatın “HAMAS” tam zərərsizləşdirilənə kimi davam edəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar