SON XƏBƏRLƏR

Türkiyə HAMAS-ın mövqeyini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır

2021.10.20, 07:36
Türkiyə HAMAS-ın mövqeyini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır

Gunaz.tv
Türkiyə HAMAS-ın mövqeyini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır [ 05 Yanvar 2009 16:51 ] Ankara – APA. Türkiyə Fələstinin HAMAS Hərəkatının mövqeyini və tələblərini BMT Təhlükəsizlik Şurasına çatdırmağa hazırdır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, yerli telekanallara müsahibəsində bildirib ki, BMT TŞ-nin müvəqqəti üzvü olan Türkiyə HAMAS-ın atəşin dayandırılması, blokadanın aradan qaldırılması və milli razılığa nail olunması məqsədilə fələstinli qruplar arasında danışıqların aparılması məsələlərinə dair tələblərini TŞ-yə çatdıra bilər. R. T. Ərdoğan vəziyyətin bu həddə çatmasında İsraili günahkar sayaraq bu ölkənin Türkiyənin vasitəçilik təşəbbüsünü rədd etdiyini söyləyib: “Təəssüf ki, İsrailin güc tətbiq etməsi bölgədə insanlıq dramına gətirib çıxarıb. Hesab edirəm ki, bu siyasət İsrailin özündə də ciddi problemlərə səbəb olacaq”. R. T. Ərdoğan Tel-Əvivi hərbi əməliyyatı dərhal dayandırmağa çağırıb və yaranmış vəziyyəti, eləcə də Fələstinə humanitar yardım göstərilməsi məsələsini BMT TŞ üzvləri ilə müzakirə edəcəklərini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar