SON XƏBƏRLƏR

Ehud Barak: “Qəzza zolağında əməliyyat məqsədimizə çatana kimi davam edəcək”

2021.10.20, 07:36
Ehud Barak: “Qəzza zolağında əməliyyat məqsədimizə çatana kimi davam edəcək”

Gunaz.tv
Ehud Barak: “Qəzza zolağında əməliyyat məqsədimizə çatana kimi davam edəcək” [ 05 Yanvar 2009 17:15 ] Qəzza-APA. “İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyat “HAMAS” islam hərəkatına ziddi zərər vurub. Lakin məqsədimizə hələ çatmamışıq və əməliyyat davam edəcək”. APA-nın məlumatına görə, bu bəyanatla İsrailin müdafiə naziri Ehud Barak çıxış edib. O, quru qoşunlarının 700 min əhalisi olan Qəzza şəhərini qismən mühasirəyə aldığını bildirib: “HAMAS”a ağır zərbə vurulub, lakin əməliyyat davam edir. Paralel olaraq beynəlxalq səviyyədə danışıqlar davam edir. Əməliyyatın məqsədi İsrailin cənubunda vəziyyəti təhlükəsizlik nöqteyi-nəzərindən dəyişməkdir. Biz hərbçilərimizə və vətəndaşlarımıza münasibətdə yeni reallıq formalaşdırmağa və ölkənin cənubunda sabit mühit yaratmağa çalışırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar