SON XƏBƏRLƏR

Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təşkilatçılığı ilə 21 Azər Gününün 63 illiyi ilə bağlı Danimarkada tədbir keçiriləcəkdir

2021.10.20, 07:36
Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təşkilatçılığı ilə 21 Azər Gününün 63 illiyi ilə bağlı Danimarkada tədbir keçiriləcəkdir

Gunaz.tv
Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təşkilatçılığı ilə 21 Azər Gününün 63 illiyi ilə bağlı Danimarkada tədbir keçiriləcəkdir DAK informasiya mərkəzinə Danimarkada fəaliyyət göstərən Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təmsilcisi Şahin Ostajloonın (Ustaclinin) verdiyi məlumata görə bu ölkədə yaşayan soydaşlarımız 1945-ci il 12 dekabrda (21 Azər) Güney Azərbaycan Milli Hökümətinin yaranması günü münasibətilə 13 dekabr 2008-ci ildə qeyd edəcəklər. Tədbir Avropa vaxti ilə saat 15:00-dan 19:00-dək davam edəcək. Tədbir Kulturhus Kappelvacnget 2 (hosle bibliotek) 8210 artus adlı məkanda baş tutacaqdır. Tədbirdə 21 Azər hərəkatının yaranması və onun xalqımızın milli düşüncəsində oynadığı rol, Güney Azərbaycan Milli hərəkatının bu günkü durumu, milli fəalların həbsi ilə bağlı fikirlər səslənəcəkdir. Tədbirin əsas məruzəçisı İsveçde yaşayan Güney Azərbaycan Milli hərəkatının fəallarından olan Mahmud Bilgin olacaqdır. Tədbirə bir cox dərnəklərin fəallarınında qatılacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar