SON XƏBƏRLƏR

BAXÇALI ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK KAMPANİYASINA ETİRAZ ETDİ

2021.10.20, 07:36
BAXÇALI ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK KAMPANİYASINA ETİRAZ ETDİ

Gunaz.tv
BAXÇALI ERMƏNİLƏRDƏN ÜZR İSTƏMƏK KAMPANİYASINA ETİRAZ ETDİ “Ermənistanla təmas quran AKP-nin siyasəti əcdadlarımızı mühakimə etmək istəyən satqınları cəsarətləndirib” 1734.jpg Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı bir qrup ziyalı tərəfindən başladılan “Ermənilərdən üzr istəyirəm” kampaniyasına kəskin etiraz edib. MHP başqanı deyib ki, Türkiyənin strateji problemlərlə üzləşdiyi bir vaxtda özlərini “ziyalı” adlandıran bir qrupun ermənilərdən üzr istənilməsi məqsədilə başlatmaq istədiyi kampaniya cəmiyyətdəki çürümə prosesinin hansı təhlükəli həddə çatdığını göstərir. “Türkiyəyə yönələn iddialarını və torpaq tələbini israrla davam etdirən Ermənistanla sərhəd qapılarını açmağa çalışan, bu ölkə ilə diplomatik təmasa başlayan AKP iqtidarının siyasəti əcdadlarımızın mühakimə edilməsi məsələsində xaricilərə və daxildəki satqınlara cəsarət verib”- deyən Baxçalı əlavə edib ki, bu gün Türkiyədə bəzi çevrələr 1930-cu ildə cümhuriyyətə qarşı qatı dinçilərin başlatdığı üsyanı “soyqırım”, Mustafa Kamal Atatürkü isə “müharibə suçlusu” elan etməyə çalışır. Belə bir vaxtda “erməni soyqırımı” haqda iddialar daxildən gündəmə gətirilir və o, irimiqyaslı qaralama kampaniyasının bir hissəsidir. D.Baxçalının fikrincə, bu proseslər AKP ətrafında çevrə yaradıb onu daraltmaq məqsədinə xidmət edir. MHP lideri bu cür təşəbbüslərin ortaya çıxmasına görə AKP hökumətinin günahkar olduğunu, bu iqtidarın təslimçi siyasət yeritdiyini də deyib: “Heç kim mirasçısı olduğumuz əcdadlarımızı mühakimə etmək hüququna malik deyil. Ancaq bu tələbin israrla davam etdirilməsi halında kimin kimdən üzr istəməli olduğu yenidən müzakirə edilməlidir. Ermənilər tərəfindən kütləvi qırğınlara məruz qalan millətimizin, sui-qəsdə qurban gedən Osmanlı dövlət adamlarının, qətl edilən cümhuriyyət diplomatlarının, hələ acısı təzə olan Qarabağ qətliamlarının üzrünü gözləmək bizim ən təbii və tarixi haqqımızdır”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar