SON XƏBƏRLƏR

TÜRKİYƏ ALİMLƏRİNİN MÜRACİƏTİ AZƏRBAYCANDA QƏZƏBLƏ QARŞILANDI

2021.10.20, 07:36
TÜRKİYƏ ALİMLƏRİNİN MÜRACİƏTİ AZƏRBAYCANDA QƏZƏBLƏ QARŞILANDI

Gunaz.tv
TÜRKİYƏ ALİMLƏRİNİN MÜRACİƏTİ AZƏRBAYCANDA QƏZƏBLƏ QARŞILANDI 3195.jpg Mehriban Vəzir: “Ermənilərdən üzr istəyənlər çox ləyaqətsiz addım atıblar” Sabir Rüstəmxanlı: “Bu sərsəm fikirləri Türkiyədə yaşayan etnik qruplar səsləndirir” Rüstəm Behrudi: “Ərdoğanla Gülün etnik kökəni təmiz olmadığından onlar barışığa cəhd edə bilərlər” Türkiyənin bir neçə “elm adamı” ermənilərin 1915-ci ildə məruz qaldıqlarını iddia etdikləri qondarma “erməni soyqırımı”na görə üzr istəyiblər. Professor Əhməd İnsel, Baskın Oran, doktor Çengiz Akta və jurnalist Əli Bayramoğlu Türkiyə hakimiyyətinə müraciət edərək rəsmi Ankaranı “1915-ci ildə ermənilərin başına gətirilmiş müsibət və faciələrə görə” bütün dünya ermənilərindən üzr istəməyə çağırıblar. Onların imzaladıqları bəyanatda deyilir: “1915-ci ildə Osmanlı Türkiyəsindəki ermənilərin məruz qaldığı böyük fəlakətin inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz adımdan erməni qardaşlarımın hiss və acılarını paylaşdığımı deyir, onlardan üzr istəyirəm”. Çengiz Aktanın dediyinə görə, “ermənilərin başlarına gətirilənlər Türkiyədə çox az bilinən, unudulmuş, təhrif edilmiş hadisədir. Məsələyə heç zaman tarixi baxımdan obyektiv yanaşma olmayıb. Buna görə də Türkiyədə insanların çoxu bu gün xoş niyyətlə ermənilərin başına heç nə gəlmədiyini düşünür”. Bəyanatı imzalayan şəxslər eyni zamanda internetlə ermənilərdən üzr istəmək məqsədilə imzatoplama kampaniyası aparmaq istəyindədirlər. Türkiyədə başlanılan bu utandırıcı olayla bağlı ziyalılarımız nə düşünürlər? Yazıçı-publisist Mehriban Vəzir tarixdə erməni soyqırımının olmadığını dedi: “Ermənilər Qarabağda olduğu kimi silahlanaraq türklərin üzərinə hücum ediblər. Ermənilər qondarma soyqırım iddiası ilə bağlı kitablar yazıb, filmlər çəkib. Bu hadisələrlə bağlı Türkiyə arxivləri açıq, Ermənistan arxivləri isə alimlərin üzünə bağlıdır. Həmin şəxslərin üzr istəməsindən belə çıxır ki, türklər erməniləri kütləvi şəkildə məhv edib. Həmin ziyalılar araşdırma institutu yaratsınlar və həqiqətən türklərin erməniləri səbəbsiz olaraq qırdığını sübut etsinlər. Qoy əvvəlcə bunu isbat etsinlər, sonra üzr istəsinlər. Onlar bu addımı atmaqla çox ləyaqətsiz bir hərəkət ediblər”. Millət vəkili Sabir Rüstəmxanlı həmin şəxslərin erməni əsilli türk soyadı daşıyan etnik qrupların nümayəndələri olduğunu söylədi: “Bu sərsəm fikirləri özlərini ziyalı kosmopolit, solçu adlandıranlar səsləndirir. Deyirlər ”aydınların qaranlığı qaranlıq gecələrdən daha pisdir". Həmin insanlar da elə o aydınlardandır. Onlar erməni jurnalist Qrant Dinkin ölümündən sonra küçələrə çıxıb “həpimiz erməniyiz”, deyənlərin davamçılarıdır". Şair Rüstəm Behrudi: “Türkəm” deyən ziyalıların bu addımı atacaqlarına inanmıram. Yalnız içində türk düşmənçiliyi ilə yaşayan adamlar belə çıxışlar edə bilərlər. Türk milləti ermənilərin tarixən onlarla düşmən olduğunu bilir. Ərdoğanla Gülü aldatmaq olar. Ərdoğanla Gülün etnik kökəni təmiz olmadığından onlar barışığa cəhd edə bilərlər. Türkiyədə ziyalı hesab olunan adam belə addım ata bilməz. Bütün dünya bilir ki, genosidi ermənilər edib. İnanmıram ki, ağıllı türk ziyalısı belə bir axmaqlıq etsin". Leyla İLQAR musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar