SON XƏBƏRLƏR

ALLAHŞÜKÜR PAŞAZADƏ II ALEKSİ İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

2021.10.20, 07:36
ALLAHŞÜKÜR PAŞAZADƏ II ALEKSİ İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

Gunaz.tv
ALLAHŞÜKÜR PAŞAZADƏ II ALEKSİ İLƏ VİDA MƏRASİMİNDƏ İŞTİRAK EDİB 539.jpg Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə dekabrın 8-də Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə vida mərasmində iştirak edib. Lent.az-ın məlumatına görə, QMİ-nin sədri cənazənin üstünə gül dəstəsi düzüb, mərhumun ruhuna dua oxuyub. A.Paşazadə Azərbaycan xalqı adından Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Mərhumla vida mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr Ata iştirak ediblər. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə vida mərasimi dekabrın 9-dək müqəddəs Xilaskar İsa kilsəsində davam edəcək. Azərbaycan nümayəndə heyəti dekabrın 9-da II Aleksinin dəfn mərasmində iştirak edəcək. “Turan”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar