SON XƏBƏRLƏR

MAQATE nümayəndələri Bakıdadır

2021.10.20, 07:36
MAQATE nümayəndələri Bakıdadır

Gunaz.tv
MAQATE nümayəndələri Bakıdadır maqate.jpg Qurumun ekspertləri Azərbaycanda nüvə sahəsi üzrə mütəxəssislərin hazırlığı məsələsini də müzakirə edəcəklər Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri növbəti dəfə Bakıda səfərdədir. Onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssisləri ilə birgə nüvə tədqiqatları və yeni texnologiyalar, nüvə təhlükəsizliyi, agentliyə yeni üzvlərin qəbul edilməsi və digər məsələlər müzakirə ediləcək. AMEA-nın Radiasiya Problemləri İnstitutundan Lent.az-a bildiriblər ki, MAQATE nümayəndələrinin bu səfəri dekabrın 12-dək davam edəcək. Bu müddət ərzində Azərbaycanda nüvə sahəsi üzrə yeni mütəxəssislərin hazırlanması ilə bağlı məsələlərə də baxılacaq. Səfərin əsas məqsədi isə 2009 -2011-ci illəri əhatə edəcək proyektlərdə nüvə tədqiqat reaktorun tikilməsi, qamma sterilizasiya qurğusunun yaradılması və tikilməsi ilə əlaqədar görülən işlərlə tanış olmaq, mövcud vəziyyəti dəyərləndirməkdir. Xatırladaq ki, bu qurğunun tikilməsi üçün Xırdalanla Piriküşül arasında torpaq sahəsi ayrılıb. Radiasiya Problemləri İnstitutundan bildiriblər ki, MAQATE rəsmiləri həmin əraziyə də baş çəkəcəklər. Elxan SALAHOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar