SON XƏBƏRLƏR

Helsinkidə Dağlıq Qarabağa dair deklarasiyanın qəbuluna Rusiya mane olub

2021.10.20, 07:36
Helsinkidə Dağlıq Qarabağa dair deklarasiyanın qəbuluna Rusiya mane olub

Gunaz.tv
Helsinkidə Dağlıq Qarabağa dair deklarasiyanın qəbuluna Rusiya mane olub metyu-brayza-apa.jpg “ATƏT Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Münaqişə ilə bağlı bəyannamə isə Rusiyanın buna qarşı çıxması və əsassız tələblər irəli sürməsi səbəbindən qəbul olunmayıb”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. Onun sözlərinə görə, ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə keçirilən görüşündə müəyyən təkliflər irəli sürülüb: “Həmsədrlər Madrid prinsiplərinin mahiyyətini hər iki münaqişə tərəfinin maraqlarına uyğunlaşdırmaq üçün bəzi fikirlər səsləndirdilər. Lakin mən bu fikirlərin nədən ibarət olduğunu hələlik açıqlaya bilmərəm”. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiqi tarixinin müəyyən olunmadığını bildirən Metyu Brayza bu görüşün yaxın bir neçə həftə ərzində keçirilməsinə böyük ümidlər bəslədiyini vurğulayıb. Həmsədrlərin bu yaxınlarda regiona səfər etdiyini xatırladan amerikalı diplomat qeyd edib ki, bu səbəbdən ilin sonuna kimi bölgəyə hər hansı səfər planlaşdırılmır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar