SON XƏBƏRLƏR

Yuşşenko Rusiya vətəndaşlığına qadağa qoyur

2021.10.20, 07:36
Yuşşenko Rusiya vətəndaşlığına qadağa qoyur

Gunaz.tv
Yuşşenko Rusiya vətəndaşlığına qadağa qoyur yussenko-sayir.jpg Ukrayna prezidenti Viktor Yuşşenko ölkə vətəndaşlarının ikili vətəndaşlıq almasına qarşı çıxıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Yuşşenko ilk növbədə ukraynalıların Rusiya vətəndaşlığı almasının əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşlığı alınması zamanı sui-istifadə hallarına yol verilməsini istisna etmək üçün qanunverici çərçivə yaratmaq lazımdır. Bundan əlavə, Ukrayna vətəndaşlığının avtomatik itirilməsinə gətirib çıxaran hallar da dəqiq müəyyən edilməlidir: “Rusiya Dövlət Dumasının bir müddət öncə təsis etdiyi “rusiyalı kartı” Ukrayna vətəndaşlarını Rusiyanın təsirində saxlamaq cəhdindən başqa bir şey deyil. Maraqlı sual yaranır: Rusiya Ukrayna vətəndaşlarına əlavə hüquqlar vermək istəyirsə, niyə bunu seçilmiş şəxslərə şamil edir?” Yuşşenkonun sözlərinə görə, bu, beynəlxalq hüquq normalarının pozulmasıdır və ərazisində ikili vətəndaşlığın qadağan edildiyi suveren ölkəyə hörmətsizliyin nümayişidir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar