SON XƏBƏRLƏR

NORVEÇ PAYTAXTININ BƏLƏDİYYƏ BİNASINDA AZƏRBAYCAN ƏLEYHİNƏ TƏBLİĞAT APARILIR

2021.10.20, 07:36
NORVEÇ PAYTAXTININ BƏLƏDİYYƏ BİNASINDA AZƏRBAYCAN ƏLEYHİNƏ TƏBLİĞAT APARILIR

Gunaz.tv
NORVEÇ PAYTAXTININ BƏLƏDİYYƏ BİNASINDA AZƏRBAYCAN ƏLEYHİNƏ TƏBLİĞAT APARILIR norvejbelediyesi.jpg Norveç paytaxtında, Oslo şəhər bələdiyyəsinin binasında açılan sərgidə Azərbaycan əleyhinə təbliğat aparılır. «Media forum» saytı xəbər verir ki, «Kaset bombalarının qurbanları» adlı sərgidə Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub. Bundan başqa sərgidə Dağlıq Qarabağ ermənilərinin azərbaycanlıların atdığı kaset bombalarından əziyyət çəkməsindən, onların öz ev-eşiklərindən köçməyə məcbur qalmasından, məsələn, keçmiş Ağdərə rayonunun «Metsşen kəndindən Stepanakertə qaçqın düşən» ailəni azərbaycanlı hücumlarının burda da rahat qoymamasından bəhs olunur. Məlumatı və sərgidən şəkilləri «Media forum»a Norveçdə yaşayan azərbaycanlı Abbas Atilay göndərib. Fotolarla yanaşı bələdiyyə binasında tamaşaçılara kaset bombaları haqqında film də göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar