SON XƏBƏRLƏR

IRAN ADLANAN YERİN XARİCİ İŞLƏR NAZİRİ və SPİKER ƏRƏB ÖLKƏLƏRİNİ ABŞ və BÖYÜK BRİTANİYA SİYASƏTİNƏ UYMAQDA GÜNAHLANDIRIR

2021.10.20, 07:36
IRAN ADLANAN YERİN XARİCİ İŞLƏR NAZİRİ və SPİKER ƏRƏB ÖLKƏLƏRİNİ ABŞ və BÖYÜK BRİTANİYA SİYASƏTİNƏ UYMAQDA GÜNAHLANDIRIR

Gunaz.tv
XARİCİ İŞLƏR NAZİRİ və SPİKER ƏRƏB ÖLKƏLƏRİNİ ABŞ və BÖYÜK BRİTANİYA SİYASƏTİNƏ UYMAQDA GÜNAHLANDIRIR Dekabrın 5-də İran xarici işlər naziri Mənuçehr Mottaki jurnalistlərə açıqlamasında bölgədəki ərəb ölkələrini ABŞ və Böyük Britaniya siyasətlərinə uymaqda günahlandıraraq onlara xəbərdarlıq edib. «Media forum» saytının məlumatına görə, M.Mottaki Birləşmiş Ərəb Əmirliklərinə öz mövqeyini ABŞ və Böyük Britaniyanın bölgədəki mövqeyindən ayırmağı tövsiyə edib: «Birləşmiş Ərəb Əmirliklərinə tövsiyə edirəm ki, öz mövqeyini Vaşinqton və Londondakı ekstremist müflislərin mövqeyindən ayırsın və daha böyük məsuliyyət hissi ilə bölgədəki sülh və saziş prosesinə yardım göstərsin». Bu gün həmçinin İran parlamentinin sədri Əli Laricani Tehrandakı cümə namazından əvvəlki çıxışında İran körfəzindəki ərəb ölkələrinə müstəmləkəçilərin siyasətlərinə uymamaq barədə xəbərdarlıq edib: «Müstəmləkəçilərin ardınca getməklə ərəb ölkələri əvvəlki səhvlərini nə vaxta qədər təkrarlamaq istəyir?» Bir həftə əvvəl bölgəyə səfər edən Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend İrana qarşı sərt bəyanatlarla çıxış etmiş, ərəb ölkələrini İrana qarşı təzyiqi gücləndirməyə çağırmışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar