SON XƏBƏRLƏR

Rusiya Ukrayna hərbçilərinin gürcülərlə birlikdə olduğunu iddia edir

2021.10.20, 07:36
Rusiya Ukrayna hərbçilərinin gürcülərlə birlikdə olduğunu iddia edir

Gunaz.tv
Rusiya Ukrayna hərbçilərinin gürcülərlə birlikdə olduğunu iddia edir osetiya-200.jpg Gürcüstanla Rusiya arasında baş verən münaqişə zamanı gürcülərlə birlikdə 15 Ukrayna hərbiçisidə olub. Bu haqda Rusiya dumasının Ukraynanın Gürcüstana gizli silah satışı məsələlərini araşdıran komissiyanın başçısı Valeriy Konovalyuk jurnalistlər qarşısında çıxış edərkən bildirib. Onun sözlərinə görə, Gürcüstan ərazisində olan ukraynalı hərbçilər döyüşlərdə iştirak etməyib. Ancaq onlar «OSA-AKM-1» və «BUK-M-1» «Zenit» raket komplekslərinin texniki sazlığını nəzarətdə saxlayıb. Komissiyanın araşdırmalarının başa satdığını deyən Konovalyuk silah satışı zamanı Ukrayna hökuməti tərəfindən çox saylı qanun pozuntularına yol veridiyini bildirib. Bundan əvvəl rəsmi Kiyev Gürcüstanla Rusiya münaqişəsi zamanı Ukrayna hərbçilərinin iştirak etmədiyi haqda dəfələrlə bəyanatlar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar