SON XƏBƏRLƏR

NATO alternativ təchizat marşrutları axtarır

2021.10.20, 07:36
NATO alternativ təchizat marşrutları axtarır

Gunaz.tv
NATO alternativ təchizat marşrutları axtarır 20070501175113afghanistan.jpg NATO qüvvələri Əfqanıstanda Britaniyada çıxan nüfuzlu "Qardian" qəzetinin yazdığına görə, ki, NATO ölkələri Əfqanıstanda Taliban dəstələrinin güclü müqaviməti ilə üzləşən qüvvələrinə təchizatları çatdırmaq üçün alternativ marşrutlar axtarışındadır və bu məqsədlə müxtəlif ölkələrlə danışıqlara başlayıb. Son vaxtlar NATO-nun Əfqanıstandakı təchizatlarına hücumların artması alyansı Əfqanıstanla şimaldan qonşu olan keçmiş sovet ölkələri ilə təcili sövdələşmələri yekunlaşdırmağa vadar edir. Belə ki, NATO Türkmənistan, Özbəkistan və Tacikistanla bu məsələyə dair danışıqlar aparır. Razılaşma əldə olunarsa, bu isə, rəsmilərin dediyinə görə, artıq baş vermək üzrədir, NATO qüvvələri üçün yanacaq Bakının neft emalı zavodlarından və Türkmənistandan nəql etdiriləcək. Hazırda isə NATO qüvvələri üçün yanacaq əsasən Pakistandakı neft emalı zavodlarından gəlir. Kontingentləri Əfqanıstanın nisbətən sakit şimal hissəsində yerləşən Almaniya ilə İspaniya ayrıca Rusiya ilə danışıqlar aparırlar - hava daşımalarına dair. Qardian yazır ki, NATO, Əfqanıstan təchizatlarının Pakistan və Aden körfəzindəki dəniz quldurlarından yan keçməsini təmin etmək üçün hətta Ukrayna ilə Belarus kimi uzaq ölkələrlə danışıqlar aparılır. NATO "Qardian"ın yazdığını təsdiq ediblər NATO rəsmiləri təsdiq ediblər ki, alyans, Özbəkistan, Qazaxstan və Türkmənistan da daxil olmaqla, bir necə Mərkəzi Asiya ölkəsi ilə Əfganıstana yeni təchizat yollarına dair danışıqlar aparır NATO nümayəndəsinin BBC radiosuna bildirdiyinə görə, bu danışıqlar NATO aprel ayında Rusiya ilə sövdələşmə imzaladıqdan sonra başlayıb. Amerikanın NATO-dakı səfiri Kurt Volker deyib ki, nəql yolu Pakistandan keçən hərbi təchizatlara son hücumlar, hərbi cəhətdən mühüm olmasa da, ciddi narahatlıq doğurur. Tək ötən həftə sonu Pakistanın Peşəvər şəhərində NATO təchizatlarına edilən basqın nəticəsində 200 çox konteyner dağıdılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar