SON XƏBƏRLƏR

İRAN ABŞ VƏ İSRAİLƏ QARŞI HƏRBİ DƏNİZ TƏLİMLƏRİNƏ BAŞLAYIB

2021.10.20, 07:36
İRAN ABŞ VƏ İSRAİLƏ QARŞI HƏRBİ DƏNİZ TƏLİMLƏRİNƏ BAŞLAYIB

Gunaz.tv
İRAN ABŞ VƏ İSRAİLƏ QARŞI HƏRBİ DƏNİZ TƏLİMLƏRİNƏ BAŞLAYIB 60-dan çox hərbi gəminin qatıldığı manevrlərdə Hörmüz körfəzini bağlamaq ssenarisi də sınaqdan keçiriləcək 364.jpg İran Hərbi Dəniz Qüvvələri İsrail və ABŞ-ın mümkün hücumlarını dəf etmək üçün irimiqyaslı təlimlərə başlayıb. “Fars” agentliyinə istinadən yayılan xəbərlərə görə, hərbi təlimlərdə 60-dan çox gəmi, o cümlədən aviasiya qrupları və xüsusi təyinatlı dəniz qüvvələri iştirak edir. “Vəhdət 87" ( İran təqviminə görə ölkədə hazırda 1387-ci ildir) şərti kod adı altında keçirilən təlimlərin qərargah fazasının başa çatmasından sonra dünən Fars körfəzi sularında döyüş təlimləri başlayıb. Manevrlərin əsas məqsədi düşmən hərbi qüvvələrinin Oman körfəzindən və Hörmüz boğazından hücumlarının qarşısını almaq, habelə regiondan əsas neft daşımalarının həyata keçirildiyi Hörmüz körfəzini bağlamaq ssenariləri sınaqdan keçirilir. Agentlik qeyd edir ki, İran ordusu düşmən kimi ABŞ və İsraili nəzərdə tutur. Çünki məhz bu ölkələr İranın nüvə obyektlərinə zərbələr endirməklə hədələyirlər. İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həbibolla Səyyari deyib ki, təlimlər dörd mərhələdə keçiriləcək. Orada esminetslər, raket katerləri, sualtı qayıqlar, vertolyotlar, qırıcı təyyarələr, pilotsuz kəşfiyyat təyyarələri iştirak edəcək. Admiral təlimlər zamanı müasir silahların da sınaqdan keçiriləcəyini bildirib. Səyyari deyib ki, İran donanması düşmənin Fars körfəzindəki qüvvələrinin bütün hərəkətlərini izləyir. Xatırladaq ki, İran hücuma məruz qalacağı halda ABŞ-ın Yaxın Şərqdəki 32 hərbi bazasına cavab zərbələri endirəcəyini, Hörmüz körfəzini isə bağlayacağını bildirib. Ekspertlərə görə, İran donanması ABŞ donanmasına qarşı uzun müddət müqavimət göstərməyə qadir deyil. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar