Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
«Biz çox rəmzi bir yerdə, təşkilatın fundamental sənədi olan Helsinki Yekun Aktının yarandığı yerdə görüşürük. Bu sənəd Avropa qitəsini parçalayan sərhədlərin aradan qaldırılması prosesinin başlanğıcı və bizim ölkələrdə demokratik quruculuq nailiyyətlərinin möhkəmləndirilməsində dönüş nöqtəsi olub». AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən iclasındakı çıxışında deyib. Nazir daha sonra vurğulayıb: «Biz hamımız Helsinki Yekun Aktında ehtiva olunmuş prinsiplərin qorunmasına dair öhdəliklərimizə ciddi riayət etməyimizi təsdiqləməli və ATƏT-in Avropa Təhlükəsizlik sisteminə verdiyi dəyəri müəyyən etməliyik. Biz hamımız dərk etməyə başlayırıq ki, Avropa məkanındakı son hadisələrin kontekstində dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilk növbədə təhlükəsizlik baxımından ən vacib rol oynayır. Azərbaycan inanır ki, ATƏT-in Avropa təhlükəsizlik sistemində nadir yeri var. Qabaqlama, münaqişələrin qarşısının alınması və tənzimlənməsi, böhranların nizamlanması və böhrandan sonrakı reabilitasiya ATƏT-in vacib vəzifələri olaraq qalmalıdır». Azərbaycan xarici siyasət idarəsinin başçısı diqqətə çatdırıb ki, ATƏT-in indiyədək topladığı, danışıqlara konsensus yanaşmalar üzrə geniş təcrübəsinə əsaslanaraq silahlara nəzarət rejimlərində mövcud problemləri aradan qaldırmaq lazımdır: «ATƏT özünün müxtəlif strukturları və yerlərdəki missiyaları vasitəsilə iştirakçı dövlətlərdə demokratik cəmiyyətin və ümumi inkişafın dəstəklənməsi sahəsində zəngin təcrübə əldə edib. Ancaq hələ də bir sıra sahədə ATƏT-in potensialını gerçəkləşdirməyə ehtiyac var. Bununla belə, yaranan yeni tendensiya - ATƏT-in fəaliyyət dairəsini yalnız insan hüquqları məsələləri ilə və yalnız Avratlantik məkanının Şərq hissəsindəki məsələlərlə məhdudlaşdırmaq bizi narahat edir. Azərbaycan daim ATƏT-in fəaliyyətinin hər üç ölçüsünə tarazlı yanaşıb. Biz ATƏT-in icra strukturlarının diqqəti müvafiq iştirakçı dövlətlər tərəfindən müəyyənləşdirilmiş prioritetlərə yönəltməsinin, təşkilatın mandatından kənar vəziyyətlərdən, yaxud digər beynəlxalq təşkilatların atdığı addımları təkrarlayan fəaliyyətdən çəkinməyin vacibliyini vurğulayırıq». Ermənistan-Azərbaycan münaqişəsinin regionda qeyri-sabitliyin əsas mənbəyi olaraq qaldığını söyləyən E.Məmmədyarov bildirib ki, kövrək atəşkəs uzunmüddətli və davamlı sülh üçün əvəz ola bilməz. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin noyabrın 2-də keçirdikləri görüşdə imzalanmış Moskva bəyannaməsini Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaxşı əsas yaradan vacib sənəd olduğunu vurğulayan nazir deyib: «Prezidentlər beynəlxalq hüququn prinsip və normaları, onların bazasında qəbul edilmiş qərarlar və sənədlərin əsasında münaqişənin siyasi həlli yollarını axtarmağa davam edəcəklərini bəyan ediblər. Bunlar Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in sənədləri və hər şeydən öncə BMT-nin nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və BMT və ATƏT tərəfindən qəbul edilən qətnamə və qərarları nəzərdə tutur. Bütün bu sənədlər təsdiq edir ki, Azərbaycanın ərazi bütövlüyü münaqişənin tənzimləməsi üçün əsasdır. Moskva bəyannaməsi münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq təminatlarla mərhələli yanaşmanı təsdiq edib. Bunu bütün tərəflər və vasitəçilər real, mümkün variant kimi qiymətləndiriblər. Münaqişənin həlli bütün regionda iqtisadi inkişaf və əməkdaşlıq üçün əlverişli şərait yarada bilər. Bundan başqa, bəyannamə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini xüsusi qeyd edir». Azərbaycan etnik təmizləmələrin nəticələrinin aradan qaldırılmasının, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmaların sabit və təhlükəsiz yaşayışının təmin edilməsinin, icmalar arasında əməkdaşlığın bərpa edilməsinin və bunun əsasında regionun Azərbaycanın daxilində statusunun müəyyənləşdirilməsi prosesində insanların demokratik qaydada bərabər və birbaşa iştirakının faydalı olacağına inandığını deyən E.Məmmədyarov çıxışını bu sözlərlə bitirib: «Mən ümid edirəm ki, Ermənistan bu yanaşmanın üstünlüklərini başa düşəcək. Çünki bu, həm də onun öz maraqlarına uyğundur».
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər