SON XƏBƏRLƏR

MAQATE hakimlər şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi layihəsini təsdiqləyib

2021.10.20, 07:36
MAQATE hakimlər şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi layihəsini təsdiqləyib

Gunaz.tv
MAQATE hakimlər şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi layihəsini təsdiqləyib maqate.jpg Radiasiya Problemləri İnstitutu üç il ərzində layihənin əsaslandırılmasını həyata keçirəcək. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Hakimlər Şurası Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi üçün təqdim olunan layihəni təsdiqləyib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun sözlərinə görə, institut üç il ərzində layihənin əsaslandırılmasını həyata keçirəcək və MAQATE-yə təqdim edəcək. Xatırladaq ki, MAQATE-nin ötən il Vyanada keçirilən toplantısında Azərbaycanda nüvə tədqiqat reaktorunun tikintisinə layihə verilməsi barədə qərar çıxarılıb. İlk nüvə tədqiqat reaktorunun tikintisi üçün Azərbaycan hökuməti razılığını verib. Azərbaycanda 30 mvt gücündə nüvə reaktorunun tikilməsi nəzərdə tutulub. Nüvə reaktoru təqribən 36 milyon dollara başa gəlir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar