SON XƏBƏRLƏR

Mahmud Əhmədinejadın Təbriz səfəri iflasa uğradı

2021.10.20, 07:36
Mahmud Əhmədinejadın Təbriz səfəri iflasa uğradı

Gunaz.tv
Mahmud Əhmədinejadın Təbriz səfəri iflasa uğradı Soydaşlarımız onun pişvazına çıxmadı Məlum olduğu kimi, dekabrın 3-də İran adlanan yerin prezidenti Mahmud Əhmədinejad Güney Azərbaycanın başkəndi Təbriz şəhərinə gəlib. onun Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Güney Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü ərəfəsində səfəri heç də soydaşlarımız arasında müsbət qarşılana bilməz.. Çünki 21 Azər Hərəkatını qanına boyayan fars şovinist rejiminin başında duran bir adamın belə ərəfədə Təbrizə gəlməsi yalnız mənfur siyasəti pərdələmək məqsədi güdür. Azərbaycan türklərinin potensialını yaxşı bilən fars şovinistləri zaman-zaman bu cür üsullara əl atırlar. Hətta Mahmud Əhmədinejad Təxti adına şəhər stadionuna Azərbaycan türkcəsində Azərbaycanı vəsf edən bir neçə beyt şeir də oxuyub. Bu da mənfur siyasətin növbəti parçasıdır. Axı gələn il İran adlanan yerdə prezident seçkiləri keçiriləcək və Mahmud Əhmədinejad ın yenidən seçilməsi üçün Azərbaycan türklərinin səsi lazımdır. Ancaq fars şovinistlərinin hiyləsi heç də baş tutmayıb. 2.5 milyondan çox əhalisi olan Təbriz şəhərində Mahmud Əhmədinejadın pişvazına cəmi 10 min adam çıxıb. Onların da əksəriyyəti farslar olub. Bu sıraya polisləri və təhlükəsizlik qüvvələrini də əlavə etsək, demək olar İran adlanan yerin prezidentini qarşılamağa azərbaycanlı çıxmayıb. Təkcə şəhər mərkəzlərindəki binalara 350 snayperçi yerləşdirilib. Eyni zamanda camaat arasında xeyli sayda mülki geyimli şəxs olub. Bununla da aylardır yüksək səviyyədə təbliğ edilən səfərin iflasa uğradığı açıq aydın görünür. Ancaq fars xəbər agentlikləri yaxından çəkilən şəkilləri yayaraq Mahmud Əhmədinejadın pişvazına çıxan insanların sayını çox göstərməyə çalışıblar. Hətta azərbaycanlı məmurların əksəriyyəti belə prezidenti qarşılamağa gəlməyib. Eyni zamanda soydaşlarımız çoxlu şikayət məktubları göndərib və fars şovinist rejimindən narazı olduğunu göstərib. Hətta Mahmud Əhmədinejad layihələrin bitdiyini elan edib, ancaq Təbrizdə həyata keçirilən layihələrin 70 faizi lazımsızdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar