SON XƏBƏRLƏR

EKSPERTLƏRİN FİKRİNCƏ, HELSİNKİ BƏYANATI DAHA ÇOX AZƏRBAYCANA QARŞI YÖNƏLİB

2021.10.20, 07:36
EKSPERTLƏRİN FİKRİNCƏ, HELSİNKİ BƏYANATI DAHA ÇOX AZƏRBAYCANA QARŞI YÖNƏLİB

Gunaz.tv
EKSPERTLƏRİN FİKRİNCƏ, HELSİNKİ BƏYANATI DAHA ÇOX AZƏRBAYCANA QARŞI YÖNƏLİB xariciishlernazirlerihelsinki_1.jpg Konfliktoloq Elxan Mehdiyev ATƏT-in Minsk qrupu həmsədrləri və ABŞ, Fransa, Rusiya xarici işlər nazirləri adından dünən yayılmış bəyanatı ciddi sənəd saymır. Dekabrın 4-də Finlandiya paytaxtı Helsinkidə yayılmış həmin sənəddə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini Madrid təklifləri əsasında çözməyə çağırılır. «Media forum»a açıqlamasında ekspert deyib ki, bəyanatı Minsk qrupu həmsədrlərin yazıb ölkələrinin xarici işlər nazirlərinə imzalatdırdığı bir sənəddir: «Məqsəd tərəfləri sülh danışıqlarını Madrid prinsipləri əsasında aparmağaa məcbur etməkdir. Bu da daha çox Azərbaycana yönəlib. Çünki Ermənistan Madrid prinsiplərini onsuz da alqışlayır». Konfliktoloqun sözlərinə görə, Madrid prinsipləri rəsmən açıqlanmasa da, faktiki olaraq hamıya məlumdur: «Prinsiplərdə Dağlıq Qarabağın statusunun səsvermə ilə müəyyən olunması müddəası yer alıb. Ermənistan bunu Azərbaycandan ayrılmaq üçün referendum kimi qəbul edir». E.Mehdiyevin sözlərinə görə, həmsədrlərin məqsədi erməniləri razı salmaqdır və danışıqlarda əsas təzyiqlər Azərbaycana yönəlib: «Helsinki bəyanıtını həm də həmsədrlərin təqdimatı kimi dəyərləndirirəm. Onlar işlədiklərini sərgiləmək istəyirlər. ATƏT-ə göstərmək istəyirlər ki, onlara ayrılmış böyük büdcəni heç də boşuna xərcləməyiblər». Konfliktoloq sülh prosesində ciddi nəticələr gözləmir: «Helsinki bəyanatı kimi addımlar daha çox təbliğat xarakteri daşıyır və əsasən Rusiyanın xeyrinə işləyir. Ermənistan-Azərbaycan münaqişəsində köklü dəyişiklik gözləməyə dəyməz. Ümid verən heç bir yenilik yoxdur». Politoloq Mübariz Əhmədoğlu Helsinki bəyanatında yenilik olmadığını bildirib: «ATƏT-in Minsk qrupu Ermənistanla birgə Dağlıq Qarabağ problemində imitasiyaya çalışır, münaqişənin tənzimlənməsinə yox». Onun fikrincə, ATƏT-i münaqişənin tənzimlənməsi prosesindən kənarlaşdırmaq, danışıqların formatını dəyişmək lazımdır. Mənə belə gəlir ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi BMT-də müzakirə mövzusu olacaq və məsələnin başqa yolla həlli meydana çıxacaq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar