SON XƏBƏRLƏR

DÜNYA AZƏRBAYCANLILARI KONQERSI ŞƏHID QULAMRZA ƏMANININ ANIM MƏRASIMINI KEÇIRDI

2021.10.20, 07:36
DÜNYA AZƏRBAYCANLILARI KONQERSI ŞƏHID QULAMRZA ƏMANININ ANIM MƏRASIMINI KEÇIRDI

Gunaz.tv
DÜNYA AZƏRBAYCANLILARI KONQERSI ŞƏHID QULAMRZA ƏMANININ ANIM MƏRASIMINI KEÇIRDI anim-iki.jpg Məlum olduğu kimi 40 gün bundan öncə Güney Azərbaycanın milli azadlıq hərəkatının tanınmış fəallarından olan Mühəndis Qulamrza Əmani iki qardaşı ilə yanaşı Təbriz-Əhər yolunda faşist molla hakimiyyətinin məmurları tərəfindən öncədən hazırlanmış yol qəzası nəticəsində Şəhid oldu. Dünya Azərbaycanlıları Konqresi bu ağır kədərlə bağlı Dünya Azərbaycanlılarına başsağlığı verərək Beynəlxalq İnsan Haqları təşkilatlarına Güney Azərbaycandakı soydaşlarımızın naməlum şəkildə İran məmurları tərəfindən qətlə yetirilməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün şəhid Qulamrza Əmainin anım mərasimlərini keçirdi. Bu münasibətlə dünən 4 dekabr 2008-ci il tarixində soydaşımızın və iki qardaşının 40-cı gününü yad edərək DAK-ın Bakıdakı mərkəzi ofisində İstilaliyyət küçəsi 8-də qeyd etmişdir. Mərasimdə DAK İdarə heyətinin bəzi üzvləri, DAK Gənclər təşkilatının fəalları, ictimai-siyasi fəallar, mətbuat nümayəndələri iştirak ediblər. Anım mərasimində çıxış edənlər şəhid Qulamrza Əmaninin Güney Azərbaycanın milli azadlıq hərəkatında tutduğu mövqeyindən və bu yolda möhkəm iradə ilə öz milli haqlarını əldə etmək üçün bütün çətinliklərə, həbs və işgəncələrə dözərək faşist hakimiyyətin qarşısında hec vaxt əyilmədiyini söylədilər. Sonda şəhid Qulamrza Əmani ilə bağlı videogörüntülər göstərildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar