SON XƏBƏRLƏR

Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması ermənilərin narazılığına səbəb olub

2021.10.20, 07:36
Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması ermənilərin narazılığına səbəb olub

Gunaz.tv
Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması ermənilərin narazılığına səbəb olub “Dünən səhər jurnalistlərə verdiyim açıqlamada bildirmişəm ki, münaqişənin nizamlanması ilə bağlı prezident Əliyevin bir, prezident Sərkisyanın isə başqa mövqeyi var. Lakin tərəflər arasında razılaşma əldə olunması üçün ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ və qoşunların çıxarılması prinsipləri sənədə daxil edilməlidir. Bu fikirləri söyləyərkən hansısa prinsipin daha mühüm olduğunu nəzərdə tutmamışam”. APA-nın Helsinkidəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza söyləyib. Qeyd edək ki, həmsədr bu açıqlamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın onun ilk açıqlamasına sərt reaksiyasından sonra verib. Edvard Nalbandyan Metyu Brayzanın münaqişəni nizamlanmasında əsas prinsiplərdən biri kimi Azərbaycanın ərazi bütövlüyü amilinin götürülməli olduğu barədə fikirlərini anlamadığını bildirmişdi. ATƏT-in Minsk Qrupu həmsədrlərin birgə bəyanatında snayperlərin qoşunların təmas xəttindən çıxarılması barədə müddəaya aydınlıq gətirən Metyu Brayza bildirib ki, bu, həmsədrlərin arzusudur: “Snayperlərin qoşunların təmas xəttindən çıxarılması həm əsgərlərin, həm də mülki əhalinin həyatını xilas etmiş olardı”. Həmsədr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında hansı məsələlərdə fikir ayrılığı olması ilə bağlı sualı cavablandırmayıb. O qeyd edib ki, proses davam edir: “Həmsədrlər ümidvardır ki, yaxın zamanlarda prezidentlər arasında

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar