SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

2021.10.20, 07:36
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Gunaz.tv
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib ilham_aliyev_12_01_08.jpg “Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda, onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir” Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda, onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir. Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaqdır. Əziz bacı və qardaşlar! Bu müqəddəs gündə bir daha Sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi yetirir, hamınıza möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar