SON XƏBƏRLƏR

Milli fəal Şahnaz Qulaminin hüquqlarını Mudafiə Komitəsi yaradılır

2021.10.20, 07:36
Milli fəal Şahnaz Qulaminin hüquqlarını Mudafiə Komitəsi yaradılır

Gunaz.tv
Milli fəal Şahnaz Qulaminin hüquqlarını Mudafiə Komitəsi yaradılır sehnaz_qulami.jpg DAK informasiya mərkəzinə Daxil olan məlumata əsasən Güney Azərbaycanın Milli Hərəkatının fəalı, hüquq müdafiəçisi, jurnalist Şahnaz Qulaminin hüquqlarını Mudafiə Komitəsi yaradılır. , belə bir təşəbbüslə Insafəli Hidayat (Kanada), Fərəhruz Rəncbər (Malmö, İsveç), Şahin Ostajlu (Danimarka), Şahrux Məzhəri (Ingiltərə), Babək Azəri (Stokholm, İsveç), Əsəd Sadeqi (Stokholm, İsveç), Manaf Səbəbi (Lund, İsveç)Elnur El Türk (Azərbaycan) Əlirza Amanbeyli (Güney Azərbaycan) və başqaları çıxış ediblər. Onların imzaladığı sənəddə bildirilir ki, Şahnaz Qulami noyabrın 9-dan 10-na keçən gecə həbs olunub. “Ettelaat” əməkdaşları milli fəalı Qara ağac məhəlləsindəki mənzilinə gələrək özləri ilə aparıblar: “Jurnalistin ailəsi Şahnaz Qulami həbs olunarkən evində axtarış aparıldığını bildirib. Həbsxanaya salındıqdan sonra isə ona qohumları və vəkillə görüş imkanı verilməyib. Şahnaz Qulaminin hansı ittihamla həbs olunduğu da bəlli deyil. Milli fəal noyabrın 22-də “Ettelaatın” təcridxanasından Təbriz həbsxanasına köçürülüb. Hazırda onun sonrakı taleyilə bağlı heç bir məlumat yoxdur. Ona görə də bu məsələdə maraqlı olan soydaşlarımız əməkdaşlığa dəvət edirik. Gəlin Şahnaz Qulaminın ağır durumunu nəzərə alaraq, onun taleyinə biganə qalmayaq və milli fəalın azadlığı üçün əlimizdən gələni əsirgəməyək”. Xatırladaq ki, Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar