SON XƏBƏRLƏR

Gürcüstanın NATO siyasəti iflasa uğrayıb

2021.10.20, 07:36
Gürcüstanın NATO siyasəti iflasa uğrayıb

Gunaz.tv
«Gürcüstanın NATO siyasəti iflasa uğrayıb» saakashvili_zasedaniye.jpg Politoloq Mübariz Əhmədoğlunun fikrincə, Gürcüstan hökumətindəki son dəyişikliklər dövlət siyasətinin iflasından qaynaqlanır «Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstandakı nazirlər müstəqil fəaliyyət göstərmək imkanından məhrum olublar». Bunu Gürcüstan hökumətində bu gün həyata keçirilmiş dəyişiklikləri ANS PRESS-ə şərh edən politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, nazirlər çalışıblar ki, Gürcüstan dövlətinin Mixail Saakaşvili və yaın ətrafı tərəfindən müəyyənləşdirilən ümumi siyasətini icra etsinlər: «Gürcüstanın apardığı siyasətin, xüsusilə, NATO istiqamətində siyasətin iflası göz qabağındadır. Rəsmi Tiflisin bu sahədə çox ciddi səhvləri var. Mən Qriqol Mqaloblişvilinin bir müddət əvvəl baş nazir təyin edilməsini təsadüfi hesab etmirəm. Gürcüstanın faciəsi ondan başladı ki, Mixail Saakaşvili hakimiyyətə gəlişindən iki il sonra NATO-nun Cənubi Qafqazdakı əlaqələndiricisi rolunu Türkiyənin oynamamasını tələb etməyə başladı. Həmin vaxta qədər isə bu rolu Türkiyə oynayırdı. Gürcüstan isə Baltikyanı ölkələrə meyl etməyə başladı. Ona görə də rəsmi Tiflisin yürütdüyü siyasətin iflasa uğramasında Mixail Saakaşvilinin özü məsuliyyət daşıyır». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar