SON XƏBƏRLƏR

AXCP-ni SƏDR VƏ PORTFELDƏN İBARƏT PARTİYAYA ÇEVİRMƏK İSTƏYİRLƏR

2021.10.20, 07:36
AXCP-ni SƏDR VƏ PORTFELDƏN İBARƏT PARTİYAYA ÇEVİRMƏK İSTƏYİRLƏR

Gunaz.tv
AXCP-ni SƏDR VƏ PORTFELDƏN İBARƏT PARTİYAYA ÇEVİRMƏK İSTƏYİRLƏR Rayon təşkilatlarının rəhbərlərinin yanına emissarlar göndərilir Xeyli vaxtdır startı verilən AXCP-nin parçalanması planı davam edir. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, AXCP-nin parçalanmasında əsas həlledici fiqur prezident seçkisindən az öncə bu partiyadan istefa verib özünə partiya yaradacağını elan etmiş sabiq Ali Məclis sədri Qulamhüseyn Əlibəylidir. Hakimiyyətin AXCP-nin çökdürülməsi planında Qulamhüseyn Əlibəylini mərkəzi fiqur kimi seçdiyi haqda bir sıra informasiya saytlarında Əlibəyli hələ partiyada yüksək vəzifədə olduğu dövrlərdə məlumat yayılmışdı. Məhz bu fiqurun seçilməsinin təsadüfi olmadığı vurğulanırdı. “Nədən məhz Qulamhüseyn Əlibəyli” sualının cavabına diqqət yetirdikdə hakimiyyətin doğru seçim etdiyi məlum olur. Q.Əlibəyli AXCP-də kifayət qədər nüfuza malik idi və sədr Əli Kərimlidən sonra ikinci şəxs sayılırdı. Hətta Əli Kərimli xarici səfərlərdə olduğu vaxtlarda onun kabinetində yalnız Qulamhüseyn Əlibəyli əyləşir və partiyanı idarə edirdi. Heç kimlə intriqaya getməyi sevməyən Q.Əlibəyli sıravi üzvlər tərəfindən lider kimi qəbul olunan yeganə funksioner idi. Hakimiyyət Əlibəylinin bu üstünlüklərini nəzərə alıb əvvəllər olduğu kimi Ramiz Tağıyev tipli cəbhəçilərə qarmaq atmaq taktikasını dəyişdi. Çünki hakimiyyətə elə şəxs lazım idi ki, ardınca gedən cəbhəçilərin sayı maksumum çox olsun. Bu tələbə cavab verən və hakimiyyətin razılaşma əldə edə biləcəyi yeganə şəxs isə məhz Qulamhüseyn Əlibəyli idi. Onun hakimiyyət nümayəndələri ilə sıx münasibətləri hələ millət vəkili olduğu dövrdən başlamışdı. Hələ o vaxtlardan Əlibəyli Milli Məclisin aparıcı kadrlarından hesab olunurdu və əksər mühüm dövlət sənədlərinin, parlamentin qanun layihələrinin hazırlanmasında, AŞ PA nümayəndə heyətinin işinin beynəlxalq qanunlar çərçivəsində təşkil olunmasında fəal iştirak edirdi. Q.Əlibəylinin Prezident Aparatı və Milli Məclis rəhbərliyi ilə də yaxın münasibətləri yaranmışdı. Bu keyfiyyətləri hakimiyyətin onunla asanlıqla dil tapmasına gətirib çıxardı. Seçkidən bir neçə ay əvvəl “Lider” televiziyasında nümayiş olunan “İflas” adlı verilişdə AXCP sədri Əli Kərimlinin ünvanına təhqiramiz ifadələr işlədilməsinə baxmayaraq, AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin ünvanına təriflər yağdırılması da təsadüfi deyildi. Məqsəd 15 oktyabrda keçiriləcək prezident seçkisinədək Q.Əlibəylini ələ alıb Əli Kərimlinin ətrafını tamamilə boşaltmaq və Kərimlini siyasi karyerası bitmiş fiqur elan etmək idi. Bugünlərdə hakimiyyət deputatlarından biri əməkdaşımızla söhbətində bildirib ki, hakimiyyətin planı Q.Əlibəyli personasını daha da qabardıb onu Əli Kərimlinin yerinə gətirmək və bununla da AXCP-ni tam şəkildə ələ keçirmək olub. Lakin bu istiqamətdə cəhdlər edilsə də, hakimiyyət həmin planı istədiyi şəkildə həyata keçirə bilməyəcəyini görüb, yeni planı - AXCP-ni sədr və portfeldən ibarət partiyalar sırasına qatmaq planını işə salıb. Q.Əlibəylinin AXCP-dən uzaqlaşdırılması, onun prezidentliyə namizədliyinin reallaşdırılması və yeni partiyasının yaradılması məhz bu planın birinci mərhələsi idi. Bütün bunlar AXCP üzvlərinin hamısının olmasa da, əksəriyyətinin Əlibəylinin ardınca getməsi üçün edilirdi. Onu da qeyd edək ki, hakimiyyət AXCP ilə bağlı istəyinə xeyli dərəcədə nail olub və proses bu şəkildə davam etsə, tam nail olacaq. Belə ki, Əlibəylinin yaratdığı və dekabrın 14-də qurultayı keçiriləcək Aydınlar Partiyasına üz tutan AXCP üzvlərinin sayı artıb. Qeyd edək ki, bir müddət əvvəl sabiq deputat Nizami Quliyev və bir neçə tanınmış şəxs istefa verərək, Aydınlar Partiyasında təmsil olunacaqlarını bildirmişdilər. Son günlər isə Ali Məclisin bir neçə üzvü, həmçinin Kəlbəcər rayon təşkilatı AXCP-dən istefa verib və Aydınlar Partiyasına qoşulduqlarını bəyan ediblər. Əldə etdiyimiz xəbərə görə, AXCP-nin əksər rayon təşkilatlarının rəhbərliyi ilə Aydınlar Partiyasının emissarları danışıqlar aparır. Danışıqlarda Q.Əlibəylinin yaradacağı partiyaya, onun üzvlərinə hakimiyyətin hər cür şərait yaradacağı söylənilir. Açıq şəkildə bildirilir ki, Aydınlar Partiyası hakimiyyətin dəstəyi ilə 2010-cu ildə parlament partiyasına çevriləcək. Parlament təmsilçiləri isə məhz AXCP-dən istefa verənlər olacaq. Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar